Qaradərili Amerika vətəndaşı Floydu öldürən polis Derek Chauvinin həyat yoldaşı boşanmaq üçün məhkəməyə müraciət edib.
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, polisin həyat yoldaşı Kellie Chauvin 10 illik evliliyini bitirəcəyini və bunun əksinin mümkün olmadığını bildirib.
Soyadını dəyişmək istəyən Kallie aliment tələb edir.
O, öldürülən Floydun ailəsinə baş sağlığı verib, hadisədən çox sarsıldığını deyib.
Xatırladaq ki, Derek Chauvin adlı polis qaradərili Amerika vətəndaşı George Floydu boğaraq öldürüb. Bundan sonra ABŞ-in bir çox ştatında etiraz aksiyaları keçirilir.
Mələk Cabbar