‘Qaynana’nın vəfatından 8 il ötür

MƏDƏNİYYƏT
11:05 10.03.2012
2703

Martın 10-da vəfat edən aktrisanın adını tarix Teatr günü ilə birlikdə yazacaq

Azərbaycan sənətsevərləri arasında “Qayınana” kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalovanın ölümündən bu gün 8 il keçir. Aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan tamaşaçısı onun ifasında ən adi kolxozçu obrazına da dəfələrlə baxmaqdan yorulmaz. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. “Hicran”da Qızbacı, “Ulduz”da Zuleyxa “Qaynana”da Cənnət obrazları ilə xalqın ürəyində əbədi yer tutan, Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açıldı. “Bizim Cəbiş müəllim” də daxil olmaqla “Ögey ana”, “Böyük dayaq”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və bir neçə filmlərdə əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək. Çünki o hələ sağlığında ikən öz əbədiliyini qazanmışdı. Xatırladaq ki, Xalq artisti Nəsibə xanım Zeynalova martın 10-u, teatr günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı. (anspress)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər