Qazaxıstanlı gənclər Mətbuat Şurasında olub - FOTO

Qazaxıstanlı gənclər Mətbuat Şurasında olub - FOTO
MEDIA
14:40 01.12.2023
175
Qazaxıstandan tərkibində QHT rəhbəri, gənclər təşkilatı sədri, jurnalist və bloger olmaqla bir qrup gənc təcrübə keçmək üçün Bakı şəhərinə səfər ediblər.

AZXEBER.COM xəbər verir ki, onlar Azərbaycan Mətbuat Şurasını ziyarət ediblər.

Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid deyib ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə olduğu kimi media sahəsində də münasibətlər yüksək səviyyədədir.

O qeyd edib ki, münasibətlərin inkişafında jurnalistlərin çox böyük rolu var. Rəşad Məcid rəhbərlik etdiyi qurumun fəaliyyət haqqında qazaxıstanlı qonaqlara ətraflı məlumat verib.

Qazaxıstanlı qonaqlar da öz növbələrində yüksək qonaqpərvərliyə və səmimi qəbula görə Mətbuat Şurasının rəhbərliyinə təşəkkür ediblər.
 




OXŞAR XƏBƏRLƏR