“Qəbələ”nin yeni transferi koronavirusa yoluxdu

“Qəbələ”nin yeni transferi koronavirusa yoluxdu
İDMAN
18:43 14.01.2022
355
"Qəbələ” klubunun yeni transferi Patrik Robson de Souza Monteyro koronavirusa yoluxub.

Bu barədə "qırmızı qaralar”ın baş meneceri Nail Kərimov bu gün keçirilən mətbuat konfransı zamanı məlumat verib.

Klub rəsmisi Avstriyanın "Admira Vakker” klubundan icarəyə götürülmüş 23 yaşlı braziliyalı hücumçunun testinin pozitiv çıxdığını bildirib. Kərimovun sözlərinə görə, Monteyro Türkiyənin Antalya şəhərindəki toplanışına bu səbəbdən gec qoşulacaq.
OXŞAR XƏBƏRLƏR