Qəddafi qadın cangüdənlərini zorlayırmış - FOTO

Qəddafi qadın cangüdənlərini zorlayırmış - FOTO
Bütün Xəbərlər
01:15 30.08.2011
3911

Liviyanın keçmiş lideri Müəmmər Qəddafi haqqında yeni bir iddia meydana çıxıb.

AZXEBER.COM portalının verdiyi məlumata görə, keçmiş diktatorun Tripolidəki qalası - “Babi-Əziziyə”nin müxalifət qüvvələrinin əlinə keçməsi bir neçə sirrin üstünü açıb. İddiaya görə, Qəddafi “Amazonlar” adlandırılan qadın cangüdənlərini zorlayıb. Qəddafinin 5 oğlunun da eyni əməlləri törətdiyi istisna edilmir.

Hətda, Qəddafinin 3-cü oğlu 38 yaşlı Əl Saadinin evinə baxış keçirilən zamanı eynicinslilərə aid bir çox porno video diskləri və porno şəkillər ələ keçirilib. Benqazili psixiatr Siham Sergevda iddiaların doğru olduğunu söyləyib: "Qəddafinin Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunması üçün hazırlaığım sənəddə qorumaları arasında olan qadın xəstələrimin ifadələri də var. Bu ifadələrə görə Qəddafi və oğulları ən az 5 qadın cangüdənə təcavüz etmiş, sonra da onları başlarından etmişlər ”.

OXŞAR XƏBƏRLƏR