Gündə bir neçə fincan qəhvə içən qadınlar depressiyadan daha az əziyyət çəkirlər. Amerika alimlərinin yeni araşdırmalarının nəticələri bunu deməyə əsas verir. Nəticələri Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunmuş araşdırmalar 10 il davam edib. Alimlərin müşahidə obyekti isə ABŞ-da 50 min tibb bacısı olub. Alimlər müəyyən ediblər ki, gün ərzində azı 4 fincan qəhvə içən qadınlarda depressiyaya düşmək riski 20 faiz azdır. Tədqiqatçılar ehtimal edir ki, kofein beyin hüceyrələrini bir sıra toksinlərdən qoruyur.