Qənirə Paşayeva: 'Partiya sədrinə basqını pisləyirik'

Qənirə Paşayeva:
Bütün Xəbərlər
17:05 23.01.2013
1056
Millət vəkili Strasburqda Bolqarıstan Hak və Özgürlüklər Hərəkatı Partıyasının başqan yardımçısı Ünal Lütfi ilə görüşüb.
Görüş zamanı Hak və Özgürlüklər Hərəkatı Partıyasının başqanına silahlı basqın barədə fikirlər səsləndirilib. AZXEBER.COM-un verdiyi məlumata görə, millət vəkili baş vermiş hadisəni kəskin şəkildə pisləyib.
Q.Paşayeva görüşün təfərrüatları barədə bunları deyib: "Bir az əvvəl Bolqarıstan Parlamentinin Türk kökənli millət vəkili, Hak və Özgürlüklər Hərəkatı Partıyasının başqan yardımçısı, Bolqarıstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ünal Lütfi ilə görüşdüm və ona Azərbaycan Türkləri olaraq Hak və Özgürlüklər Hərəkatı Partiyasının dəyərli başqanı Dr. Ahmet Doğana qarşı silahlı saldırını kəskin qınadığımızı, bu hadisədən ciddi üzüntü duyduğumuzu söylədim. Ahmet bəylə görüşümüz zamanı onun nə qədər dəyərli bir siyasətçi olduğu, millətinin haqları və hüquqları uğrunda nə qədər mübariz bir siyasətçi və dəyərli bir insan olduğunun şahidi olmuşdum. Allaha çox şükr ki, silahlı saldırı, sui-qəsd cəhdi uğursuz olub və Ahmet bəy ciddi bir xəsarət almayıb. Ona keçmiş olsun diləklərimizi göndərmişdik və bu gün , Hak və Özgürlüklər Hərəkatı Partıyasının başqan yardımçısı Ünal Lütfi ilə görüşdə də bunu bir daha səsləndirdik. Ümid edirik ki, Bolqarıstan dövləti bu məsələni ciddi araşdıracaq və günahkar öz cəzasını alacaq, hadisənin arxasında dayanan məsələlər də ciddi araşdırılacaq. Bu məsələ ilə bağlı geniş məlumatı olmayan dostlara bildirmək istəyirəm ki, Sofiyada Bolqarıstanda yaşayan Türkləri təmsil edən Hak və Özgürlüklər Hərəkatı partiyasının 8-ci Qurultayında partiya sədri Dr. Ahmet Doğan çıxış edən zaman Oktay Enimehmedov adlı bir şəxs səhnəyə çıxaraq Ahmet Doğanın başına silahı tutaraq vurmaq istəsə də xoşbəxtlikdən onun bu addımı uğursuzluqla nəticələnib. Dr. Ahmet Doğanın rəhbərlik etdiyi Hak və Özgürlüklər Hərəkatı Bolqarıstan siyasətində böyük güclərdən biridir və 240 nəfərlik Bolqarıstan parlamentində 35 millət vəkili ilə təmsil olunurlar. Bolqarıstana səfərim zamanı da Hak və Özgürlüklər Hərəkatını ziyarət etmiş geniş müzakirələr aparmışdıq. AŞPA çərçivəsində, müxtəlif beynəlxalq təşkilatlar, tədbirlər, konfranslar çərçivəsində Hak və Özgürlüklər Hərəkatı partiyasının rəhbərliyi, millət vəkilləri, təmsilçiləri ilə davamlı görüşür və gözəl əməkdaşlıq edirik. Ümid edirik ki, bir daha bu cür üzücü hadisəni yaşamayacaqlar.
Bir az əvvəl Strasburqda Avropa Şurası Parlament Assamleyasında Bolqarıstanla bağlı müzakirələrdə də Ünal Lütfi çıxışında Bolqarıstan Türklərinin fikirlərini çox gözəl şəkildə Assambleyada səsləndirdi. Biz az əvvəl bitən müzakirələr nəticəsində AŞPA Bolqarıstanda monitorinq prosesinin davam edəcəyinə qərar verdi.
OXŞAR XƏBƏRLƏR