Qənirə Paşayeva prezidentin sərəncamlarını şərh etdi: "İnqilabi xarakter daşıyır"

Qənirə Paşayeva prezidentin sərəncamlarını şərh etdi: "İnqilabi xarakter daşıyır"
SİYASƏT
13:58 21.06.2019
3487
Qənirə Paşayeva

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları yeni sərəncamlar imzalayıb. Artıq mediada haqlı olaraq, "yeni sosial paket” olaraq tərif edilən bu sərəncamlar "Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata qaldırılması”, "dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması”, "hərbi, hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması”, "dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması”, "dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması” kimi önəmli addımları nəzərdə tutur.

Respublikamızın yeni tarixində ilk dəfə olaraq, bir il içində, üstəlik, yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən maaşlarməhz indi bu dərəcədə artırılmış oldu.

Xatırladaq ki, cari ilin mart ayının 1-dəAzərbaycan Respublikasında minimum əməkhaqqı 180 manat oldu; o vaxt mi¬nimum əməkhaqqının məbləği 50 manat (38,5 faiz) artırılmış, minimum əməkhaqqının artımı birbaşa 600 minədək vətəndaşımızı əhatə etmişdi. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olmuşdu. Həmin artımı vaxtı, rəsmi olaraq deyilirdi ki, bu mühüm sosial önəmiolan addım, bütün digər məziyyətləri ilə yanaşı, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsirlərə də malikdir.

Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlardan və ölkə başçısının imzaladığı yeni "sosial paket” bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamlılığını, uğurlu sosial dövlət modelini göstərir.

Prezidentin imzaladığı "yeni sosial paket” sosial mediada, saytlarda ictimaiyyətimiz tərəfindən təqdirlə qarşılandı,ictimaiyyətimizin fəal kəsimi öz təhlilləri ilə də seçildi. Belə ictimai münsaibətləri bir neçə cümlə ilə ümumiləşdirməyə çalışaq: 

*Azərbaycan Prezidentinin imzaladığı "yeni sosial paket” bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin məntiqi davamı, silsilə tədbirlərin növbəti mərhələsidir;

*Bu, "yeni sosial paket”in təsir dairəsində olan vətənşalarımızın sosial cəhətdən müdafiəsini gücləndirmək, onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir;

*Ardıcıl olaraq iki dəfə eyni istiqamətdə (məzmunda) Sərəncamlar imzalanması, ölkə başçısının prioritetlərini ifadə edir;

* "Yeni sosial paket” əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticədə respublikamızda ümumi rifah halının yüksəldilməsi baxımından irəliləyişlərə imkan yaradacaq;

*Cari il ərzində artıq ikinci dəfəimzalanmış sosialyönümlü qərarlar, kürəsəl iqtisadiyyatda baş verən bir sıra mənfitendensiyalarınrespublikamızın əhalisinin sosial təminatına neqativ təsirlərini mümkün olan ən aşağı səviyyədə saxlamağa imkan verir, üstəlik, vətəndaşlarımızın gəlirlərinin artmasına, necə deyərlər, yığım imkanlarının genişlənməsinə münbit ortam yaradır.

Əlbəttə, belə sıralamanı xeyli uzatmaq olar; bütün hallarda məntiq, mahiyyət eynidir: dövlət xalq üçün çalışır, dövlət başçısı xalqını düşünür, onun rifahının yüksəldilməsi üçün nə mümkündürsə, edir; yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını sübut edir.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində(mahiyyətində, dərinliyində) böyük hərflərlə Vətəndaş durur, vətəndaşımızınnormal sosial təminatı, rifahının yüksəldilməsi durur. 

"Yeni sosial paket” ümumilikdə 2 milyondan çox insanımızı əhatə etməklə ümumxalq, ümumölkə xarakteri daşımaqdadır. Yəni, dövlət büdcəsində formalaşmış əlavə gəlirlərin bilavasitə vətəndaşların sosial rifah halının yaxşılaşdırlmasına yönəldilməsi dövlət-vətəndaş, vətəndaş-dövlət etimadınıdaha da qüvvətləndirməklə, mövcud sosial siyasətin alternativlərin ən yaxşısı olduğunu göstərir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi