Qərbin “keçid proyektləri və ya Paşinyanla Saakaşvilini nə birləşdirir?

Qərbin “keçid proyektləri və ya Paşinyanla Saakaşvilini nə birləşdirir?
SİYASƏT
15:05 25.10.2023
427
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanlayıb. "Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik” bəyanatını yayan Saakaşvili bununla illərdir barəsində tirajlanan "Qərbin adamı titulu”nu biraz da möhkəmləndirmiş olub. 

Məlumdur ki, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfər və lokal antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyinin tam şəkildə bərpası ABŞ və müttəfiqləri, bəzi Qərb dairələri tərəfindən ciddi qısqanclıqla qarşılanıb. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Amerika Konqresini guya "Azərbaycanın Ermənistana hücum edəcəyi” ilə bağlı xəbərdar etməsi barədə dezinformasiyanın Qərb mətbuatına ötürülməsindən sonrakı addım "Saakaşvili kartı”ndan istifadə etmək oldu.

Okeanın o tayından məqsədli şəkildə Cənubi Qafqaz regionunda aranın qarışacağı, "müharibə təhlükəsi” yalanları tirajlanır və Qərbə bağlı siyasi qüvvələr bu dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Heç şübhəsiz bu iddiaların kökündə Qərbin bölgəyə girmək, Cənubi Qafqazı nəzarətə götürmək, Paşinyanın timsalında Ermənistanı, Saakaşvilinin timsalında isə Gürcüstanı ruporuna çevirmək, Avropa İttifaqının missiyasını genişləndirmək və nəticədə Ermənistanda hərbi mövcudluğunu təsdiqləmək niyyətləri dayanır.

Baş verənlər bir daha əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın yürütdüyü müstəqil, balaslaşdırılmış xarici siyasət kursu tarixi Zəfərimizin və daxili sabitliyin qarantı olmaqla yanaşı, ölkəmizə uzanan "qara əllər”in baltası rolunda çıxış edir. Məhz bu uğurlu və çoxvektorlu diplomatik siyasət bütün dünyaya mesajdır ki, heç bir qüvvə Azərbaycanın daxili işlərinə qarışa və ölkəmizi istədiyi oyunlara çəkə, alət edə bilməz. Gürcüstan iqtidarının başında Saakaşvili olsaydı, postsovet məkanının amansız və qanlı müharibəsi Ukraynada deyil, bəlkə də Gürcüstanda olacaqdı. Bəlkə də elə Saakaşvilini yola salmaqla, potensial Rusiya-Ukrayna müharibəsinin qarşısı alındı.

Azərbaycana qarşı da oxşar təzyiqlər az olmayıb. Dəfələrlə daxildə iğtişaşlar yaratmağa, ölkəmizə yerləşdirmiş olduqları emissarları vasitəsilə ölkəni parçalamağa cəhdlər olub. Hətta vəziyyət o yerə gəlib çatıb ki, ABŞ Konqresi "Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş də qəbul edib. Sovetlər İttifaqının çöküşündən sonra ABŞ və müttəfiqləri etnik münaqişələrdən faydalanarkən ölkəmiz əleyhinə total "dezinformasiya terroru”nu həyata keçirməklə məşğul olublar. Necə ki, bu siyasət bu gün də davam edir. Regional "geosiyasət qurucuları” prosesə intensivlik qazandırmaq üçün bəhanə, bölgəni idarə etmək üçün yollar axtarırlar.

Beynəlxalq münasibətlər sistemi gərgindir, dünyanın qlobal bölgüsü gedir. Anlayırlar ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada yeni formasiyalar meydana gələcək. Qərb mərkəzli dünyadan çoxqütblü dünyaya gedirik. Bu isə ABŞ və müttəfiqləri üçün sonun başlanğıcı deməkdir. Artıq nə demokratiya imitasiyaları keçərli olacaq, nə də insan haqları adı altında bəşəriyyətin məhvə sürüklənməsi texnologiyaları. Qərb dairələri üçün belə bir həssas şəraitdə hər hansı ölkənin müstəqil siyasət yürütməsi, dünyanın bölüşdürülməsi uğrunda mübarizədə tərəf olmaması, neytrallığını qoruyub saxlaması böyük cəsarət və qətiyyət tələb edir. Məhz bu cəsarət və qətiyyətinə görə də, Azərbaycana qarşı təzyiqlər davam edir.

Azərbaycanın isə mövqeyi məlumdur. Prezident İlham Əliyevin söylədiyi kimi – Heç kim bizimlə təzyiq dilində və tonunda danışa bilməz!

Müəllif: Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı