Qəzada ölən Elvinin ad günü imiş - Video

Qəzada ölən Elvinin ad günü imiş - Video
SOSİAL
22:23 18.08.2026
124
Xəbər verdiyimiz kimi, Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Faciədə həyatını itirən 2009-cu il təvəllüdlü Elvin Məmmədovun bu gün doğum günü imiş.

Hadisə zamanı həlak olan "VAZ”ın sürücüsü Əlizamin Aslanov və onun avtomobilində olan qonşuları- İlahə Məmmədova və oğlu Elvin Məmmədov Mahmudlu kənd qəbiristanlığında dəfn edilib.

Sürücünün həyat yoldaşı, 1992-ci il təvəllüdlü Hicran Həmzəyeva və övladı 2018-ci il təvəllüdlü Zəhra Vəliyeva Dəllər Cəyir kəndində dəfn olunublar.

Daha ətraflı "APA TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR