QHT Əməkdaşlıq Alyansı Qubada regional seçki Forumu keçirdi

QHT Əməkdaşlıq Alyansı Qubada regional seçki Forumu keçirdi
GƏNCLİK
01:25 05.09.2013
2255
QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili» layihəsi ilə bağlı növbəti ictimai forumu Quba rayonunda keçirib. 
Regional xaraqterli forumda Quba- Xaçmaz regionuna daxil olan Xızı, Şabran, Siyəzən, Qusar rayonun olan ictimaiyyət nümayəndələri iştirak edib. “Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalası” forumunda QHT Əməkdaşlıq Alyansının həmsədri, layihənin rəhbəri Rufiz Qonaqov tədbiri açaraq, geniş məruzə ilə çıxış edib. O, bildirib ki, vətəndaş cəmiyyəti institutları seçki prosesinə ümumi nəzarəti həyata keçirməklə, seçki mühitinin, seçki rəqabətinin, seçki subyektlərinin fəaliyyətinin monitorinqini aparmaqla və obyektiv hesabatlarla seçkilər haqqında qərəzsiz rəy formalaşmasına yardım edə bilər. Belə ki, məqsədimiz real və demokratik seçki mühiti ilə bağlı həm yerli ictimaiyyət, həm də beynəlxalq təşkilatlar üçün obyektiv hesabatların hazırlanmasıdır: “İctimaiyyətin və yerli, regional vətəndaş cəmiyyəti institutları ilə birgə keçirdiyimiz bu forumun məqsədi demokartik seçki mühitinə dəstək verməkdir. 
Bəzən şahid oluruq ki, bəzi beynəlxalq təşkilatlar ölkəmizə ikili münasibət sərgiləyir. Vətəndaş cəmiyyəti sektoru bunu yolverilməz hesab edir və vətəndaş cəmiyyəti sektorunun, QHT-lərin qarşısında duran əsas vəzifə belə münasibətlərə qarşı etiraz etmək, bu münasibətlərin dəyişilməsinə nail olmaqdır. Ona görə də QHT-ləri, vətəndaş cəmiyyətinin digər instiutlarını, yerli icmaları seçkidə aktiv iştirak etməyə çağırırıq. Biz dövlətimizin müsbət imici, demokratik inkişafı üçün daim çalışmışıq və bundan sonra bu istiqamətdə fəaliyyətimiz davam etməlidir”.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə Quba rayonundan seçilmiş Millət vəkili Yevda Abramov forumda çıxış edib. O, QHT-lərin seçki təşəbbüslərinə qoşularaq QHT Əməkdaşlıq Alyansının bu forumunu alqışlayıb. Millət vəkili qeyd edib ki, vətəndaş cəmiyyəti sektoru seçki prosesində fəallıq göstərməklə, şəffaf və demokratik seçkilərin keçirilməsi üçün zəmin hazırladığı kimi seçki mühiti ilə bağlı da ümumi müsbət rəyin formalaşmasını təmin etməkdə maraqlıdır. Bu gün seçki prosesi, seçkidə iştirak edən siyasi qüvvələrə, namizədliyə iddia edənlərə şərait yaradılır və hər hansı qadağa yoxdur.
Forumda Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək vurğulayıb ki, biz bütün seçkini müşahidə edirik və ekspertlərimiz diqqətlə izlədikləri ümumi mənzərə ilə bağlı hesabat üzərində işləyir. Hazırlanan hesabat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq. QHT-lər, seçicilərin fəallığına dəstək verməli, onları ölkəmizin gələcəyi naminə doğru seçim etməyə istiqamətləndirməlidir.
Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru Eynunla Xeyrullayev tədbirdə çıxış edərkən bildirib ki, vətəndaş cəmiyyəti seçki prosesində aktiv iştirak etməklə, ictimai nəzarəti həyata keçirir. Bu bizim üçün, vətəndaş cımiyyətinin nüfuzunun artması baxımından da əhəmiyyətlidir: “QHT Əməkdaşlıq Alyansının bu fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu forumun məhz Qubada təşkil olunmasına görə, Alyans rəhbərliyinə təşəkkür edirik”.
Daha sonra Quba rayon Ağsaqqallar şurasının sədri Həsən Günəşli, Qafqa Müsəlmaları İdarəsinin Şimal Bölgəsi üzrə nümayəndəsi Hacı Nayib Əfəndi, Quba rayonunda fəaliyyət göstərən Şəfəq qəzetinin baş redaktoru Qəhraman Qasımov, Siyəzan rayon ictimaiyyəti Ramilə Seyidova və başqaları çıxış ediblər. Çıxışçılar QHT Əməkdaşlıq Alyansının layihəsinin əhəmiyyətini və görülən işləri, aparılan monitorinqi yüksək qiymətləndiriblər. Forumda QHT Əməkdaşlıq Alyansının həmsədrlər Yadigar Məmmədli, Rəfail Becanov, İdarə Heyyətinin üzvü Nailə İsmayılova, Alyans üzləri- mətbuat xidmətinin rəhbəri Qurbanəli Ömər, Rəhilə Teymurova, Mehriban Abdullayeva, Eldar Orucov, Sevinc Nəcəfova, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edib.
Onu qeyd edək ki, Alyansın monitorinq qrupu Quba- Xaçmaz bölgəsində prezident seçkisi ilə əlaqədar monitorinqi davam etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib