Heç bir sosial quruma üzv olmayan və ya müəyyən səbəblərdən üzv ola bilməyən gənclərin isə bu işləri həyata keçirmək cəhdləri baş tutmur. Daha doğrusu, həmin gənclərin sözügedən layihələri tətbiq etməsi üçün onlara maliyyə və informasiya dəstəyinin göstərilməsi gərəkdir. Bəs görəsən, onlara kömək edənlər olurmu? Və ya olursa, hansı formada?
Azərbaycanda novator gənclərin olması danılmazdır. Lakin onlara yardım əlini uzadan QHT-lərin olub-olmaması şübhə doğurur. Çox güman ki, onların məhz bu istiqamətdə yetərincə təcrübələri yoxdur.
Orxan Məmmədov