Qırğızıstan Prezidenti: Mərkəzi Asiya və Azərbaycan vahid turizm məkanı formalaşdırmalıdır

SİYASƏT
11:14 08.10.2026
178
Mərkəzi Asiya ölkələri və Azərbaycan vahid turizm məkanının yaradılması istiqamətində səylərini birləşdirməlidir.

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.

O qeyd edib ki, region ölkələri bir-birini tamamlayan zəngin turizm potensialına malikdir:

"Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici turizm istiqaməti kimi tanıdılması üçün səylərimizi birləşdirməyə imkan verir”.

Sadır Japarov "Bir səyahət – bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, region dövlətlərinin görməli yerlərini əhatə edən birgə turizm marşrutlarının yaradılmasını təklif edib.

Qırğızıstan Prezidenti həmçinin Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçən mövcud və perspektiv nəqliyyat marşrutlarının əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, nəqliyyat qurumları və yükdaşıma şirkətləri vahid tariflərin müəyyənləşdirilməsi, qrafiklərin uzlaşdırılması, yüklərin ləngiməsinin azaldılması və daşımaların rəqəmsal müşayiətinin təmin edilməsi üçün praktiki həllər hazırlamalıdırlar.

Japarov bildirib ki, əməkdaşlığın əsas nəticəsi çatdırılma xərclərinin və yüklərin daşınma müddətinin azaldılması olmalıdır. Onun fikrincə, hər bir ölkənin regional nəqliyyat layihələrində tam iştirakına və həmin layihələrdən iqtisadi fayda əldə etməsinə şərait yaradılmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
12:39 08.10.2026
Daha 3 marşrutun hərəkət sxemi dəyişdirildi
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
12:35 08.10.2026
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
12:32 08.10.2026
9 ayda 110 mindən çox şəxsə sosial müavinət və təqaüd verilib
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
12:29 08.10.2026
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
12:20 08.10.2026
Azərbaycan sədr seçildi – Ölkəmiz son illərdə hansı təşkilatlara rəhbərlik edib?
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
12:04 08.10.2026
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
11:58 08.10.2026
Abşeron xəstəxanasının baş həkiminin müavini bıçaqlandı
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
11:43 08.10.2026
İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak etdi - FOTOLAR
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
11:40 08.10.2026
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir"
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
11:38 08.10.2026
Paşinyan: MDB sammitində Azərbaycan və Rusiya liderləri ilə təmaslarımız olacaq
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
11:34 08.10.2026
"Azad edilmiş ərazilərin bərpasına qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır"
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
11:28 08.10.2026
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
11:19 08.10.2026
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açıldı
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
11:17 08.10.2026
Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək
11:15 08.10.2026