"Qış parkı"nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”

"Qış parkı"nda sevgilisi ilə əyləşən oğlandan pul aldılar - “Camaatın anası-bacısı var”
KRİMİNAL
08:14 02.11.2022
1380
Bakıda parkda sevgililərin səmimi münasibətinə müdaxilə edən gənclər məhkəməlik olub.

 Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Səxavət Quliyev (soyad şərtidir) və Nicat Məmmədova (soyad şərtidir) hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

2022-ci ilin aprelin 17-də baş verən hadisənin təfərrüatına gəlincə, Həbib adlı gənc Qış parkında sevgilisi ilə əyləşən zaman Səxavətlə Nicat onu öz yanına çağırıb. Bu zaman dostlar ondan niyə qızla skamyada səmimi oturduğunu soruşub və onun bu davranışının ətrafda olan insanlara narahatlıq yaratdığını bildirib.

"Camaatın anası-bacısı olan yerdə, eləcə də Ramazan ayında belə hərəkət etmək olmaz” deyə dostlar Həbibə irad tutublar. Bu zaman isə Həbib onlardan üzr istəyib. Nicat isə cavab olaraq "pul verdiyin halda üzrxahlığını qəbul edə bilərik” deyib.

Skamyanın üzərinə bıçağı görən və iki nəfərlə baş edə bilməyəcəyinin fərqinə varan Həbib, üzərində olan 240 manatı onlara verib. Lakin Həbibin pul qabında bank kartının da olduğunu görən Səxavətlə Nicat ondan yenə əl çəkməyib və kartda olan pulu da onlara verməsini istəyib. Həbib kartda cəmi 50 manat qaldığını desə də, onlar bankomata yaxınlaşan zaman məbləğin 130 manat olduğunu görüblər və Həbibə Səxavətlə Nicatı aldatdığının görə daha 50 manat "cərimə” kəsiblər. Adıçəkilən şəxslər pulu bankomatdan çıxardıqdan sonra dostların tanışının işlədiyi dönərxanada dönər yeməyə gediblər. Bu zaman Həbib dostuna zəng edərək dönərçinin kartına 50 manat atmasını istəyib. Pulun gəldiyini gördükdən sonra Nicatla Səxavət ondan əl çəkib.

470 manat ziyana düşən zərərçəkən şəxs isə oradan uzaqlaşdıqdan sonra polisə məlumat verib. Şikayətdən sonra təqsirləndirilən şəxslər Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. ("Qafqazinfo")
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı