Qız şəklində (ŞEİRLƏR)

Qız şəklində (ŞEİRLƏR)
KÖŞƏ
02:57 21.12.2011
2951
Qız şəklində Durmusan qarşımda bir mələk kimi,Mən deyə bilmirəm söz şəkilində.Dalğalı saçların lap külək kimi,Bəlkə əzrailsən qız şəkilində. Geyimin alışır, yanır od kimi,Hey yanıb, sönürsən köz şəkilində.Gah dogma olursan, gah da yad kimi,Bəlkə əzrailsən qız şəkilində. Üzümə bir ilıq nəfəs toxunur,Qalır o dodaqlar iz şəkilində.Sevginin atəşi gözdən oxunur,Bəlkə əzrailsən qız şəkilində. Günəşin nəfəsi yerə dəymədənYumulub qalırsan göz şəkilində.Artıq yoruluram bu şübhələrdən,Bəlkə əzrailsən qız şəkilində. Səni pillə-pillə, gec ələyim mən,İstərəm tanıyım öz şəkilində.Qorxuram səninlə gecələyim mən,Bəlkə əzrailsən qız şəkilindəBirinci yol salır, ikinci keçir Talehin işinə, vərdişinə bax-Yaxşını bir anda yamandan seçir,Həyatın işinə, gərdişinə bax-Birinci yol salır, ikinci keçir. Görəsən, kimdir o - eşqin hakimi,Zaman da yolunu əzəldən biçir.İlk dəfə yaşanan lap sevgi kimi-Birinci yol salır, ikinci keçir. Ey yarım, sevgilim, gözlə deyəndə,Sevgi də zamanla gözlərə köçür.Tökülən budaqda meyvə dəyəndəBirinci yol salır, ikinci keçir. İnsanı coşdurur eşqi, ilhamı,Tanrı da hərəyə bəxt verir bir cür.Düz olan hardasa pozsa nizamı,Birinci yol salır, ikinci keçir. Əsrlər dolanıb, illər ötsə də,Hər kəs bu torpağın suyundan içir.Bu dünyaya çoxu gəlib-getsə də,Birinci yol salır, ikinci keçir. Dünyanın yükü Bu zalım fələyin çirkin əlindəQarışqa dayanır dəvə belində,Canavar danışır tülkü dilində,Çevrilir üstümə dünyanın yükü. Çırpınır qəfəsdə yaralı quştəkVicdandan sızlayıb döyünmür ürək, Bu ağır əzabı, yükü çəkərək,Çevrilir üstümə dünyanın yükü. Rüşvətə sataraq abır-həyanı,Yaltaqlar çoxalıb tutur hər yanı.Tərəzi gözündən çəkir mizanı,Çevrilir üstümə dünyanın yükü. Könlüm ağlar kaman üstə köklənir,Haqqı deyən hər an sınır, təklənir,Görəndə ki, bahar ötür, qış gəlir,Çevrilir üstümə dünyanın yükü. Kimi milyonları yığır üst-üstə,Qəpiyə möhtacdı ölümcül xəstə.Bu haqsız zamanla qalıb ahəstə-Çevrilir üstümə dünyanın yükü. Dürdanə ABBASQIZI
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub