Qızılın qiyməti gerilədi – bu bazar üçün nə deməkdir?

Qızılın qiyməti gerilədi – bu bazar üçün nə deməkdir?
ÖZƏL
13:59 16.04.2026
1121
Qlobal iqtisadi və geosiyasi proseslərin təsiri ilə qızıl bazarında dalğalanmalar davam edir. Son günlərdə qızılın qiymətində müşahidə olunan dəyişikliklər fonunda fyuçers bazarında da azalma qeydə alınıb. Aprelin 15-nə olan məlumata əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,24% geriləyərək 4838,65 ABŞ dolları təşkil edib. 

İqtisadçı Asif İbrahimov AZXEBER.COM-a açıqlamasında deyib ki, belə azalmalar qlobal maliyyə bazarlarında baş verən qısamüddətli dalğalanmaların nəticəsidir:kimi qiymətləndirilə bilər. 

"Əmtəə bazarlarında qızılın qiymətində müşahidə olunan 0,24%-lik azalma qlobal maliyyə bazarlarında baş verən qısamüddətli dalğalanmaların nəticəsi kimi qiymətləndirilə bilər. Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin iyun fyuçersləri üzrə qiymətin 4838,65 ABŞ dollarına enməsi bazarda fundamental dönüşdən daha çox texniki düzəliş xarakteri daşıyır. Hazırkı qiymət azalması isə əsasən ABŞ dollarının möhkəmlənməsi, investorların mənfəət realizasiyası və qlobal risk gözləntilərində nisbi yumşalma ilə bağlıdır. Federal Reserve tərəfindən faiz siyasətinə dair sərt mövqenin qorunması qızıl kimi gəlir gətirməyən aktivlərə olan marağı qısamüddətli dövrdə zəiflədə bilər”.

O qeyd edib ki, qızıl bazarı ənənəvi olaraq yüksək volatilliklə seçilir:

"Qızıl bazarı ənənəvi olaraq yüksək volatilliklə seçilir və belə kiçik faiz dəyişiklikləri bazarın təbii davranışının tərkib hissəsidir. Mövcud geosiyasi risklər, xüsusilə də Yaxın Şərqdə davam edən gərginliklər və qlobal inflyasiya təzyiqləri fonunda qızılın qiymətinin orta və uzunmüddətli perspektivdə dəstək tapmaq ehtimalı qalmaqdadır. Azərbaycana təsir baxımından isə bu dəyişikliklərin birbaşa makroiqtisadi təsiri məhduddur. Lakin dolayı olaraq daxili zərgərlik bazarında qiymətlərdə qismən yumşalma, həmçinin investorların yığım alətləri üzrə seçimlərində müəyyən dəyişikliklər müşahidə oluna bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
14:00 14.09.2026
“Filankəs xanımın məktəbi yaxşı məktəbdir” anlayışından necə qurtulaq?
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
13:56 14.09.2026
Rusiyada təhsil alan azərbaycanlıların sayı - Açıqlandı
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
13:48 14.09.2026
“AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
13:36 14.09.2026
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
13:12 14.09.2026
“Vəsiqədə ata adı varsa, ana adı da olsun” - Deputatdan təklifə reaksiya
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
13:09 14.09.2026
İnsanlar niyə hər il yeni “iPhone” almağa çalışırlar? – Psixoloqdan açıqlama
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
13:03 14.09.2026
Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
Metroda dəyişiklik olacaq
12:59 14.09.2026
Metroda dəyişiklik olacaq
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
12:36 14.09.2026
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu - FOTOLAR
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
12:19 14.09.2026
Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
12:11 14.09.2026
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
11:46 14.09.2026
Həkim və müəllimlərə Bank Respublika-dan xüsusi fürsət!
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
11:42 14.09.2026
Bu şəxslərin iş saatı dəyişir - QƏRAR
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
11:28 14.09.2026
Kredit götürənlər bunu mütləq bilməlidir: İşsiz qalanda borc necə ödənilir?
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
11:22 14.09.2026
Ebola pandemiyaya çevrilə bilər? – Adil Qeybulladan açıqlama
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri
11:18 14.09.2026
“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir” - QMİ sədri