"Qızım İlkinin evində öldü" - Atası danışdı

SOSİAL
12:01 09.12.2019
3345
Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Qırtımova Sevinc İlham qızı intihar edib. Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır. S. Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır.

AZXEBER.COM xəbər verir ki, İlham Qırtımov Unikal.org-a açıqlamasında bildirib ki, qızı intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib:

"Sevinc Yasamalda oğlum ilə ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən  qaytaranda ayağı sürüşüb və aşağı düşüb.(ağlayır)”. 

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet