Qızın içkisinə dərman atıb, təcavüz etdi - Tələbəsi ilə şantaj gücünə evlənən müəllimin şok cinayəti

Qızın içkisinə dərman atıb, təcavüz etdi - Tələbəsi ilə şantaj gücünə evlənən müəllimin şok cinayəti
DÜNYA
15:14 12.01.2020
6202
Sosial mediada, ətrafımızda hər gün yeni bir təcavüz və ya şiddət olayı ilə qarşılaşırıq. Çox təəssüflər olsun ki, qadınlara qarşı dünyanın bir çox yerində şiddət artmaqdadır. Yazıda bəhs edilən olay isə Türkiyədə universitetlərindən birində baş verib.

Ən maraqlısı isə yazının baş "qəhrəmanı" "On Doqquz May Universiteti"nin ədəbiyyat fakültəsinin araşdırmaçısı 30 yaşlı Hidayət V.-dir.

AZXEBER.COM musavat.com-a istinadən bildirir ki, o, 2017-ci ildə tələbəsinin içkisinə yuxu dərmanı ataraq ona təcavüz edib. Müəllim etdiyi bu iyrənc əməli videoya çəkərək, talesiz qızı bununla təhdid etməyə başlayıb.

"Mənimlə evlənməsən..."

Gənc qızı zorlayan və həmin anları videoya çəkən Hidayət V. onu hər gün şantaj etməyə başlayıb. Hidayət V. onunla evlənmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacağı ilə bağlı qızı şantaj etməyə başlayıb.

araştırma görevlisi

Gənc qız S.V. qorxduğu üçün təcavüz olayını öz valideynlərinə deyə bilmir və təhdidlərdən sonra Hidayət V. ilə evlənməyə razılıq verir.

"Sözcü" qəzetində yer alan bir araşdırmaya görə, qızın ən dəhşətli günləri də məhz bu evlilikdən sonra başlayır.

İddialara görə, Hidayət V. evləndikdən sonra da S.V. ilə zorla cinsi əlaqəyə girirmiş. Hətta bu, gün keçdikcə işgəncə halını almağa başlayır.

araştırma görevlisi

O, şantajla evliliyə razı saldığı həyat yoldaşını vəhşicəsinə döyür, cinsi əlaqə zamanı gənc qızın əllərini "skoçla" bağlayır, ocaqda isitdiyi çəngəli qızın vücudunun müxtəlif nayihələrinə basaraq, ona işgəncə verir.

Bütün bu dəhşətləri yaşayan S.V. Hidayət V.-nin cib telefonunda başqa şagirdləri ilə yazışmalarını görür və bundan sonra o, məhkəməyə gedərək şikayət ərizəsi yazır. Gənc qadın bununla yanaşı, işgəncələrə məruz qalması iddiası ilə polisə də şikayət edir.

Hidayət V. ifadəsində bütün bu iddiaları rədd edir. Lakin tibbi ekspertiza qadının haqlı olduğunu və bədənində olan yaraların işgəncə yaraları olduğunu təsdiq edir. 

Universitetdə çalışan ədəbiyyat araşdırmaçısı Hidayət V. bundan sonra həbs edilir.

O, Samsun Ağır Cinayətlər Məhkəməsində "həyat yoldaşına qarşı cinsi təcavüz, əziyyət" maddəsi ilə təqsirləndirilir.

Bundan başqa, S.V. məhkəmə zamanı Hidayət V. tərəfindən həmin universitetdən bir çox gənc qızın eyni yolla tələyə salınaraq, təcavüz olunduğunu, onların da şantaja məruz qaldığını iddia edib.

araştırma görevlisi

"Evləndikdən sonra universitetdə bəzi qızlar mənə "yetər artıq, həyat yoldaşının əlini üzərimizdən çək" deyirdi. Sonra öyrəndim ki, mənə etdiyi iyrənc hərəkətləri onlara da edirmiş. O, həmin qızlarla zorla və ya pul qarşılığında cinsi əlaqəyə girmək istəyirmiş. Kompüteri var idi. Orada bir çox görüntülər saxlayırdı. Mən şikayət edəndən sonra kompüterindəki hard diski söküb dənizə tulladı" - deyə, zərərçəkmiş qadın qeyd edib. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi bürcləri sürpriz günlər gözləyir
23:26 11.07.2026
Bəzi bürcləri sürpriz günlər gözləyir
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
23:13 11.07.2026
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır