İlk dəfə Yaponiyada aşkarlanan, sonra Norveçdə və ABŞ-ın Kaliforniya ştatında da izləri tapılan xəstəlik zökəmin, soyuqdəymənin ən ağır, indiyədək bilinməyən formasıdır.Mövcud antibiotiklərin istisnasız olaraq hamısı bu xəstəliyin qarşısında acizdir.CDC bildirir ki, aprelin sonunda xəstəliyə ABŞ-ın Havay ştatında rast gəlinib.Birləşmiş Ştatların Səhiyyə Nazirliyi isə belə olayın olmadığını, antibiotiklərlə müalicə edilməsi mümkünsüz yeni "superzökəm" xəstəsinin müayinə olunmadığını bəyan edib.Amma ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi H041 virusunun varlığını təsdiqləyərək bu ölümcül, hazırda müalicəsi olmayan xəstəliyə qarşı effektiv vasitə sayıla biləcək yeni antibiotikin hazırlanması üçün elmi araşdırmalar və laboratoriya sınaqlarına gərəkli maliyyə vəsaitinin ayrılmasını istəyib.Mərkəz Konqresə üz tutaraq 50 milyon dollar tələb edib.Professor Alan Kristianson deyib: "Bu, tamamilə yeni, çox qorxulu və təhlükəli xəstəlikdir. QİÇS/HİV virusundan da pisdir. Çünki H041 virusunun bakteriyaları daha fəal, daha aqressivdir və çox qısa müddətdə daha çox insanı müalicəsiz xəstəliyə yoluxdura bilər. Virusa yoluxan insan bir neçə gün ərzində septik şokdan ölür".Onun sözlərinə görə, virus qonoreya xəstəliyi də yaradır. Virusa yoluxanların bir qismi cinsi əlaqədən sonra orqanizmlərində hərarətin yüksəldiyini hiss edirlər.National Coalition of STD-nin direktoru Uilyam Smit bildirir ki, yeni virus zökəm, soyuqdəymə ilə yanaşı, qonoreya simptomları da yaradır.HO41 ştammlarını araşdıran amerikalı alimlər virusun mənşəyini və çoxalma yollarını, habelə təsir funksiyalarını müəyyənləşdirməyə çalışırlar.Çox güclü rezistent bakteriya olan HO41-in hələlik cinsi əlaqələr yolu ilə yayıldığı vurğulanır. Lakin infeksiyanın başqa yollarla yayılması da istisna edilmir.//milli.az