Qulağı keçən buynuz (KÖŞƏ)

Qulağı keçən buynuz (KÖŞƏ)
KÖŞƏ
01:09 30.12.2011
2853

Sənan Əlləz Qulağı keçən buynuz.

Müəllimlərim Tomas Katçart və Daniel Kleynə təşəkkür edirəm.

Bizim hər birimiz dünyanı tanımağa çalışırıq lap kiçik yaşımızdan. Buna nə qədər nail oluruq, bunu nə qədər öyrənirik heç özümüzdə bilmirik. Axı kim dünyanı sonuna qədər başa düşüb, ya da kim dünyanın necə yarandığı haqqında tam dəqiq məlumata malikdi? Yəqin ki, heç kim. Qərara aldım ki, biryerdə eşələnək və bir yerdə suallarımıza cavab tapaq amma ciddi şəkildə yox məhz dünya fəlsəfəsinin müxtəlif sahələrini izah edən lətifələrlə. Bu gündən etibarən fəlsəfəni zarafatlarla öyrənəcəyik. Həm gülüb, həm də düşünəcəyik. Bölmələrimiz aşağıdakılardı və hər bölməyə uyğun müəllimlərimdən öyrəndiyim lətifələr var. Onu sizə deyim ki, amerika təhsilinə xas bir metoddu və “Harvard” universitetində tətbiq olunur.

1.Metafizika (lətifələr).

2.Məntiq (lətifələr).

3.Epistemologiya (lətifələr).

4.Etika (lətifələr).

5.İnanc fəlsəfəsi (lətifələr).

6.Varolma (lətifələr).

7.Dil fəlsəfəsi (lətifələr).

8.Kütlə fəlsəfəsi (lətifələr).

9.Nisbilik (lətifələr)

10.Metafəlsəfə (lətifələr).

Qulaq və buynuz.

Hamını düşündürən bir sual əgər dünyanın sonuna qədər getsək, nə əldə edə bilərik. Sizə deyim ki, heç bir şey. Əgər sonsuz tərəddüd içərisində qalmısınızsa, güvənə biləcəyiniz yeganə mənbə heçdən var olmaqdır. Ya da bir az fərqli anlamda deyilsə də John Lennon dediyi kimi: ”Elvisdən əvvəl heç bir şey yox idi”.

Amma insanlar sonunda heç bir şey olmayan boşluğa inana bilməzlər və belə də etmişik, edirik və edəcəyik. Yox e qardaş sonunda nəsə olmalıdı, biz dünya insanı olaraq qaşıyıb qan çıxartmağa alışmışıq. Onda qaşıyıb qan çıxardaq da. Sizə onu deyim ki, lətifələrin quruluşu və təsir qüvvəsi ilə fəlsəfi görüşlərin quruluşu və təsir qüvvəsi eyni vəsaitin iki ayrı qoludur. İkisi də eyni şəkildə ağlımız qıdıqlayır. Bu səbəbdən hər ikisinin hərəkət istiqaməti eynidir: hadisələri əvvəlcə qarışıq şəkildə çatdırmaq, hisslərimizi alt-üst etmək, həyatın sirli, beldən aşağı mövzularını tapıb çıxartmaq və s.

İndi sizə bir lətifə yazacam ola bilsin ilk əvvəl mənə axmaq kimi baxacaqsınız, amma sonra düşünəcəksiniz ki, dünya haqqında nəyə daha çox inanırıq və daha çox nəyə bel bağlayırıq?

“M” evə gəldiyi zaman ən yaxın dostu “L”-i arvadıyla yataqda tutar. “M” heç bir şey deməmiş “L” yataqdan təşvişlə qalxar və “İttiham eləmədən əvvəl mənə de köhnə dostum mənə inanacaqsan yoxsa gördüklərinə?

Lətifəyə əsasslansaq gerçəkdən dünya haqqında nələrə inanaq? Eşitdiklərimizə, dostlarımızın, müəllimlərimizin dediklərinə yoxsa gözümüzlə gördüklərimizə? Hansına daha çox güvənməliyik? Nəticəni özünüz çıxarın.

İkinci lətifəmiz əgər iki nəticə oxşardısa, mütləq səbəbləri də oxşar olmalıdı analogiyasına örnək olacaq.

90 yaşında bir kişi ginekoloqun yanına gəlir və deyir ki, həkim 18 yaşındakı arvadım hamilədir.

Həkim-Gəlin sizə bir hekayə danışım deyir. Bir zaman 1 nəfər ova gedir, amma silah əvəzinə özüylə çətir götürür. Birdən bir ayı bunun qarşısına çıxır adam çaşıb qalır və çətiri ayıya tərəf tutur. Atəş açır və ayını vurur.

90 yaşlı kişi-Həkim ola bilməz mütləq başqa adam vurub.

Həkim(gülümsəyərək)-Elə mən də bunu demək istəyirəm də.

Həqiqətən belədir, əgər hamımızın gözləri varsa, mütləq göydə “göz nəqqaşı” olmalı deyil ki. Yəni bir şey baş veribsə, onun səbəbi mütləq olmaya da bilər. Bəzən nisbilik özü mütləqiyyətin birbaşa carçısıdır.

Yazımı çox oxunmaq üçün yox, oxunub başa düşülməsi üçün yazdım və əgər fəlsəfəni bu tərzdə öyrənmək istəsəniz deyin. Bunlar mənim düşüncə tərzimdi əgər bəyənmirsinizsə əlimdə başqaları da var. Hər zaman zarafatla başa düşülən elə zarafatla da ötürüləcək. Kim bilir bəlkə də göy üzündə 1 qrup göz yaradan “göz nəqqaşları” var. Bilirəm bu dəqiqə başınızda 50 cür fikir var və hər birinizin(başa düşənlərin və ya düşmək istəyənlərin) fikri çox qarışıqdı. O zaman M-in evə gəlməyini və arvadını dostu L ilə yataqda tutmağını düşünün və bir az gülün. Axı bu fəlsəfədir.

Mən isə zarafatyana fəlsəfə deyirəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub