Qurban Qurbanov: "Bizə qarşı belə oynamaq olmaz"

Qurban Qurbanov: "Bizə qarşı belə oynamaq olmaz"
İDMAN
23:20 21.04.2021
805
"İlk oyunda qalib gəlmək istəyirdik, alınmadı. Futbolçular əziyyət çəkirlər. Oyunlarımız çox olduğundan istədiyimiz kimi rotasiya edə bilmirik. Hücumda problemlərimiz var".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun ilk yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, məğlub olmasalar da, finala çıxmaq üçün cavab görüşündə qələbə qazanmaq lazımdır: "Bu rəqib qol vurmağı bacaran komandadır. Cavab görüşündə daha diqqətli olmalıyıq".

Qurbanovun sözlərinə görə, ikinci hissədə oyuna daxil olan Abdullah Zubirin əvəzlənməsi onu zədədən qorumaq üçün idi: "Özüm də hirsləndim ki, Zubir oyun başlayandan müdafiəçilərin ardıcıl zərbələrinə məruz qalırdı. Nə mən, nə də futbolçularım indiyədək rəqibə hörmətsizlik etmişik. Son zamanlar bəzi futbolçularıma qarşı aqressiya var. Xüsusən Zubirə qarşı. Çox oyunlar olub ki, özümü saxlayıram, səbrli oluram. Amma futbolçunun da karyerası var, ailəsini bizdə oynaya-oynaya dolandırır. Hər birinin xətrini çox istəyirəm. Bəzi komandalar sırf ona qarşı aqressiv oynayırlar. Bu gün də 5 dəfə ayağından vurdular. Ötən oyun 2 futbolçumuz zədələndi. Qərəzli deməzdim, amma elə epizodlar var ki... Boş-boşuna Zubiri meydandan çıxarmaram. Sadəcə, tövsiyə edirəm ki, rəqibə hörmətlə yanaşsınlar. Dəfələrlə olub ki, futbolçularımızı bilə-bilə sındırıblar. Bizə qarşı belə oynamaq olmaz! Yenə bütün rəqiblərə hörmətlə yanaşacağıq. Amma bu dərəcədə olmaz".

O deyib ki, burada baş məşqçiləri günahlandırmaq olmaz: "Heç kimə irad bildirmək istəmirəm. Hərə bir yolla qələbə istəyir. Amma belə antipatiyanın haradan qaynaqlandığını başa düşə bilmirəm. Bir futbolçunu 3-4 ay itirmək düzgün deyil. "Qarabağ"ı bu yolla dayandırdıqlarını deməzdim. Amma belə də olmaz. Mənə biri xoş üz göstərəndə mən ikiqat artıq xoş münasibət göstərirəm. Çox epizodlar göstərə bilərəm. Bəzən hakimlərlə müzakirə edirik. Zubiri qorumaq üçün xoşlamadığım və istəmədiyim dəyişiklik etdim".

Baş məşqçi hər iki cəbhədə sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Seçim iki dənədir; ikisini də istərdim. Çempionluğun və kubokun ayrı-ayrılıqda ləzzəti var. Mövsümün əvvəlində necə hazırlaşırdıqsa, sonadək hər iki cəbhədə mübarizə aparacağıq".

Qurbanov zədəli futbolçuların durumuna da toxunub: "Patrik Andradenin əzələsində birinci dərəcəli dartılma olub. "Qəbələ" ilə oyuna hazır olacağı bilinmir. Xayme Romeronun durumuna isə təkrar müayinədən sonra aydınlıq gələcək. Sağlam olsalar, bilərsən ki, 10-15 dəqiqə meydana buraxa bilərəm. Əlimdəki futbolçuların hamısına güvənirəm. Sonadək mübarizə aparacağıq. Əvvəldə işlətdiyim ifadələr bəlkə də xoş deyildi. Heç vaxt bu cür danışmamışdım. Həmişə hakimlərin sərt oyuna üstünlük vermələrini istəmişəm. Sadəcə, bəzi epizodları sanki görmürlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
09:08 07.10.2026
Dərmanları yükün içində gizlətdilər - Yarım milyonluq qaçaqmalçılıq ifşa edildi
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
09:03 07.10.2026
Diri Baba türbəsinin adı necə yaranıb? – Maraqlı faktlar
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
08:56 07.10.2026
Ölmüş ulduzun “külündən” yeni planet doğulub
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
08:50 07.10.2026
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
08:44 07.10.2026
Rusiya Ukraynaya kütləvi raket və dron zərbələri endirib, ölənlər var
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 07.10.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI