Qurban Qurbanov: “Bu, Şahriddinin səhvindən çox rəqib oyunçunun ustalığı idi”

Qurban Qurbanov: “Bu, Şahriddinin səhvindən çox rəqib oyunçunun ustalığı idi”
İDMAN
15:14 26.11.2021
381
"Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək istəyirdik”.

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin V turunda "Omoniya” ilə keçirilən oyun barədə danışarkən deyib.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada 2:2 hesablı heç-heçə edən Ağdam təmsilçisi son tur öncəsi 11 xalla 2-ci pillədə qərarlaşır.

Qurbanov qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: "Dünən də demişdim ki, istənilən nəticə hər şeyi son tura saxlaya bilər. Futbolçularım bu il çox böyüdülər. Konfrans Liqasında bir oyunumuz qalıb. Bu istəklə həmin matça da hazırlaşacağıq. Futbolçulara heç bir iradım yoxdur. Bütün matçlarda döyüşçü kimi oynadılar. Maraqlı qollar alındı. Azarkeşlər üçün razı qalası oyun oldu”.

- Buraxılan ikinci qolla bağlı nə deyə bilərsiniz?
- Futbolda nadir hallarda olan epizoddur. Son vaxtlar qapıçı daha çox öndə oynayır. Bu, Şahriddinin səhvindən çox rəqib oyunçunun ustalığı idi. Çox yaxşı zərbə vurdu. Bəli, daha diqqətli olsaydı, yaxşı olardı. Amma bu oyunda Şahruddinə heç bir irad bildirmədim. Əksinə, dedim ki, möhkəm ol, qarşıda daha çox oyunlarımız var.

- Hakimliklə bağlı nə fikirləşirsiniz və son tur barədə nə düşünürsünüz?
- Bu, hakim üçün böyük təcrübə oldu. Gəncdir, avrokubokların qrupunda ilk oyunu idi. Həyəcanlı olduğu hiss olunurdu. Amma biz tərəfə yox, əks tərəfə qarşı hər şey qaydasında idi. Epizodlara baxdıq. Təmiz qol vurduq, təmiz penaltini də vermədi. Az qala iki əllə topla oynadı. Rəqibə qırmızı vərəqə vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Amma bizim istəyimiz dəqiq idarəçilik idi. Hakimə uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı oyunlarda daha diqqətli və ədalətli olar.

- İbrahima Vadjinin çıxışından razı qaldınız?
- Bütün futbolçularımdan razı qaldım. Sayılmayan qol epizodunda da Vadji heç bir qayda pozuntusu etməmişdi, təmiz qol idi. Belə qollara ofsayd verirlərsə... Nə yan xətt hakimi bayrağı qaldırmışdı, nə baş hakim hansı qərarını verəcəyini bilirdi. Sanki "İnter”lə oyunu xatırlatdı.

- Bir anda Qara Qarayevə tapşırıqlar verdiniz. Orada nə deyirdiniz?
- Şərh eləsəm, yaxşı olar, ya olmaz, bilmirəm. Taktiki tapşırıq idi.

- Cəmi bir əvəzləmənin səbəbi nə idi?
- Oyun axarında gedirdi, dəyişikliyə ehtiyac yox idi. Önə də keçmişdik, texniki səhvlə qol buraxdıq. Dəyişiklik riskli olardı. Hər şey qaydasında idi. Əvəzləmə vaxt itkisi də olardı. Onsuz da, oyunu rəqibin cərimə meydanı ətrafında keçirdik. Bu səbəbdən dəyişikliyə lüzum görmədik.
 
///Apasport.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO