Qurban Qurbanov: “İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı"

Qurban Qurbanov: “İlk oyundan sonra “Rakuv”a simpatiyam oyandı"
İDMAN
17:50 01.08.2023
370
"İlk oyundan sonra "Rakuv”a simpatiyam oyandı".

Bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşa klubu "Rakuv”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis səfərdə baş tutan ilk görüşdə 2:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, mərhələ adlamağa çalışacaqlarını bildirib: "Bizim üçün vacib oyundur. Çox intizamlı komandaya qarşı çıxış edəcəyik. Üstünlük rəqibdə olsa da, geridə qalan günlərdə pis hazırlaşmadıq, "Rakuv"u tam yaxından tanıdıq. Futbolçularımız hansı komandaya qarşı oynadıqlarını hiss etməlidirlər. Sabah meydana yaxş nəticə üçün çıxacağıq. Ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq. Buna ehtiyacımız var. Bütün futbolçular görüşə məsuliyyətlə hazırlaşıblar".

Baş məşqçi qapıçı Şahruddin Məhəmmədəliyevin matçda "çərçivə"də dayanıb-dayanmayacağı ilə bağlı sualı cavablandırarkən bütün oyunçuların meydana çıxmaq imkanının olduğunu bildirib: "Start heyətini sabah müəyyənləşdirəcəyik. Hələ bir gün vaxtımız var. Bütün diqqətimiz matçda və rəqibdə olmalıdır. Oyundan kənara çıxmalı deyilik. Hər bir futbolçu bu görüşdə səhvdən uzaq olmağa çalışmalıdır, eləcə də qapıçılarımız”.

O, Polşa çempionuna qarşı rəğbət bəslədiyini etiraf edib: "Hər rəqibi ilk oyundan sonra daha yaxından tanıyırsan. Nə düşünürdüksə, "Rakuv”un ifasında onları gördük. Hətta daha yaxşı vəziyyətdə idilər. Bakıdakı oyunda səfərdəkindən fərqli olmalı, mübarizədən bir saniyə də qopmamalıyıq. "Rakuv” ildən-ilə daha keyfiyyətli iş görür və nəticələr əldə edir. Onlar öz sistemlərini çox yaxşı icra edirlər”.

Qurban Qurbanov "Rakuv”un sabiq baş məşqçisi Marek Papşunun bu cütdə Polşa klubuna üstünlük verməsinə də münasibət bildirib: "Bu komanda elə formalaşıb ki, məşqçi getsə belə, iş prinsipləri qorunacaq. "Rakuv”a qarşı qışda Antalyada yoxlama görüşü keçirmişdik. Həmin vaxtdan bəri sanki onlarda daha çox inam var. Baş məşqçiləri çox gənc olsa da, öz işində məsuliyyətlidir və qurulan işi çox yaxşı icra edir. Onlar meydanın hər yerində yaxşı müdafiə oluna bilirlər. Qol vurmaq üçün daha fəal olmalıyıq”.

Mütəxəssis yeni transfer Juninyonun durumunun normal olduğunu deyib: "Onun vəziyyəti normaldır. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edir”.

"Qarabağ”ın baş məşqçisi sabahkı qarşılaşmada diqqətli olmağın vacibliyini vurğulayıb: "Əgər öz oyununu oynamaq istəyirsənsə, ilk növbədə rəqibə istədiyi kimi çıxış etmək imkanı verməməlisən. Biz də buna çalışacağıq. Öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Bu günə kimi bütün uğurlar bu prinsiplərə görə əldə olunub. 90 dəqiqə konsentrasiyanı itirməməliyik”.

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq oyun saat 20:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO