Qurban Qurbanovdan Roma ilə oyundan öncə ilk AÇIQLAMA: "Bu dəfə daha yaxşı hazırlaşmışıq"

Qurban Qurbanovdan Roma ilə oyundan öncə ilk AÇIQLAMA: "Bu dəfə daha yaxşı hazırlaşmışıq"
İDMAN
19:06 26.09.2017
1375

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində İtaliya "Roma"sını sabah Bakı Olimpiya Stadionunda qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurbanov Qurbanov matçöncəsi mətbuat konfransı keçirib.

AZXEBER.COM sport24.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşıdakı görüş barədə fikirlərini bölüşüb.

-    Bakıda ilk oyunumzdu. Hamı səbrsizliklə bu görüşü gözləyir. Həm şəhərimiz, həm ölkəmiz üçün böyük bir hadisədi. Qrupumuzda 3 favorit var: "Çelsi", "Atletiko" və "Roma". İtalyanları kimsə siyahıdan silə bilər. Ancaq onları canlı görmüşəm və əminəm ki, onlar da favoritlər sırasındadı. Çalışacağıq azarkeşlərimizi sevindirək və layiqli mübarizə aparaq.

-    İlk dəfə Çempionlar Liqasının qrup matçı və Bakı Olimpiya Stadionu kimi arenada oyun. Təzyiq, həyəcan varmı?
-    Baxmayaraq ki, beynəlxalq təcrübəmiz çoxdu, ancaq təzyiq, həyəcan həmişə var. Nə qədər çox azarkeş qarşısında çıxış etsək, futbolçuların məsuliyyəti bir o qədər artar. Böyümək üçün bəzən məğlub olmalıyıq və həmin oyunlardan nəticə çıxarmalı, təcrübə toplamalıyıq. Baxmayaraq ki, ilk oyunda böyük fərqlə məğlub olduq, indi az da olsa ÇL təcrübəmiz var. Bu dəfə daha yaxşı hazırlaşmışıq.

-    Miçelin "Sumqayıt"la oyunda məlum olay. Cərimələnibmi, sabahkı görüşdə onu görəcəyikmi?
-    Miçel dünən cərimələnib. Bu cür hadisə hər bir oyunçunun başına gələ bilər. Çünki futbolda emosiyalar həmişə aşıb-daşır. Bütün hallarda buraxılan səhvə görə, hər birimiz mısuliyyət daşımalıyıq. O ki qaldı sabahkı görüşə, onun meydana çıxmaq ehtimalı yüksəkdi.

-     Ansi Aqollinin son durumu nə yerdədi?
-    Hər şey pozitivdi. Oynama ehtimalı var. Son qərarı sabah verəcəyik.

 

-    İlk oyunla müqayisədə, nə kimi dəyişiklik edəcəksiniz?
-    "Çelsi" və "Roma" fərqli üslubda oynayan komandalardı. Həm də evdə oynayırıq. Heyətdə də müəyyən dəyişikliklər olacaq, oyun taktikasında da.

-    "Roma"nın oyununu canlı izləmisiniz. Heçmi zəif mövqelərini tapmadınız?
-    Vaxtilə PRO kateqoriyasını oxuyanda əvvəlcə "Borussiya"nın bazasında oldum və müqayisə etdim ki, onlar hardadı, "Qarabağ" hardadı. Sonra "Barselona"nın bazasında olanda almanların və ispanların harda olduqlarını gördüm. "Roma" top komandadı. Bəli, bu komandalar da qol buraxır. Ancaq hansısa zəif mövqeləri yoxdu.

-    "Qarabağ"ın nəticələri göz qabağındadı. Artıq komanda vəzifsinin öhdəsindən gəlib. Belədə, yerli gənc oyunçulara şans vermək ehtimalı nə dərəcədə realdı?
-    Biz belə yanaşmırıq. Meydana layiq olanlar çıxmalıdı. Əks halda digərlərinin haqqını tapdamış olarıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri