İtaliyanın "Yuventus" klubu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiyolaya təklif göndərib.
AzxeberSport İngiltərə mediasına istinadən xəbər verir ki, Almaniyanın "Bavariya” klubunda uğursuz mövsümdən sonra "Şəhərlilər” ilə yenidən müqavilə imzalayan ispaniyalı mütəxəssis bu dəfə "Mançester Siti”də gözlənilən qədər uğurlu ola bilmədi.
Rekordları alt-üst edən "Liverpul” artıq demək olar ki, "Premyer liqa"nın çempionudur.
Pepin komandası isə turnirin ikinci pilləsində qərarlaşıb.
Böyük xərc çəkərək heyətini gücləndirən "Yuventus” baş məşqçi Maurisiyo Sarridən narazıdır.
"Yuventus” yay transfer pəncərəsindən Pep Qvardiyolanı klubun baş məşqçi postunda görmək istəyir. İspaniyalı baş məşqçi Avropanın əsas liqalarında çalışdıqdan sonra "İtalya Seria A"ya üz tuta bilər.
"Yuventus” prezidenti Andre Aqnelli'nin Quardiyola haqda deyib: Bəli, Qvardiola böyük klublarda çalışmış mütəxəssisdir. Təbii ki, biz də onu istərik.”
"Barselona”, "Bavariya”, "Mançester Siti” kimi böyük klubları çalışdırmış Quardiyola hazırkı komandası "Siti”dən ildə 15 milyon funt sterlinq qazanır.
"Yuventus”un ispan mütəxəssisə daha çox pul təklif edəcəyi gözlənilir.