“R-PHARM”-ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı

“R-PHARM”-ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı
SAĞLAMLIQ
10:57 22.01.2021
722
"R-Pharm” Şirkətlər Qrupu COVID-19-un yeni koronavirus infeksiyasına qarşı mübarizəsinə yönəlmiş kompleks tədbirlər proqramını həyata keçirir. Layihəyə həm yeni molekulların və terapiya metodlarının inkişafı, həm də mövcud dərman portfelinin qiymətləndirilməsi və peyvəndin yaradılması daxildir.

Preparatlar

• Koronavir (favipiravir) - COVID-19-un yüngül və orta dərəcədə cərəyan edən koronavirus infeksiyasının müalicəsi üçün Rusiya Səhiyyə Nazirliyi tərəfindən 8 iyul 2020-ci il tarixində qeydiyyata alınıb, həmin ilin payızında isə Rusiya Səhiyyə Nazirliyi onu ambulator xəstələr üçün qeydiyyata almaqla apteklərdə reseptlə satışına icazə verib. Oktyabr ayının əvvəllərində Rusiya Federasiyasının Səhiyyə Nazirliyi dərmanı COVID-19-un yüngül formasının profilaktikası, diaqnozu və müalicəsi üçün metodiki rəhbərliyinə daxil edib. 2020-ci ilin dekabr ayının sonunda isə "Koronovir” Azərbaycanda qeydiyyatdan keçib.

• Artlegia (olokizumab) – "R-Pharm” tərəfindən hazırlanmış dərmanı Rusiya Səhiyyə Nazirliyi 3 iyun 2020-ci il tarixində orta ağır formalı COVID-19-un müalicəsinə dair metodik tövsiyələrə daxil edib. COVID-19-da ölümün əsas səbəblərindən biri olan sitokin fırtınasının qarşısının alınması üçün istifadə olunan dərman koronavirus infeksiyasının müalicəsi üçün Rusiya Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan ilk orijinal biotexnoloji yerli dərmandır. Bu gün "Artlegia” preparatı Azərbaycan və Rusiya Federasiyası ilə yanaşı, həm də xəstəlik hallarının artdığı ölkələrdə – Hindistan, Braziliya, ABŞ-da qeydə alınır. "R-Pharm” eyni zamanda Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RFPİ) ilə birgə "Artlegia” preparatının Yaxın Şərq ölkələrinə tədarükünə dair danışıqlar aparır.

Kliniki tədqiqatlar

• RPH-137 – "R-Pharm”, birbaşa COVID-19-la mübarizə aparmaq üçün Moskva və San Diego (ABŞ) Şirkətlər Qrupunun laboratoriyalarında hazırlanmış bir biotexnoloji molekulun klinik öncəsi tədqiqatlarını aparır. Bu innovativ vasitə virusun hissəciklərini birləşdirir və onların alveositlərə nüfuz etməsinin qarşısını alır.

Vaksinlər

• "R-Pharm” Şirkətlər Qrupu, N.F. Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzində hazırlanan "Sputnik-V” rus peyvəndinin istehsalında sənaye tərəfdaşı kimi çıxış edir. Bunun üçün "R-Pharm” da istehsal sahələrinin genişləndirməsi və modernləşdirməsi üçün eyni vaxtda bir sıra layihələr həyata keçirilir. Bu komplekslərin qeyri-adi gücü ildə on milyonlarla peyvənd dozası istehsal etməyə imkan yaradacaq. İstehsalın əsas hissəsinin 2021-ci ildə baş tutacağı gözlənilir.

• 17 iyul 2020-ci ildə "R-Pharm” və İngiltərə-İsveçin "AstraZeneca” əczaçılıq şirkəti COVID-19 infeksiyasının qarşısının alınması üçün Rusiyada rekombinant adenovirus peyvəndi istehsalında əməkdaşlıq etdiklərini bəyan etdilər. Əməkdaşlıq çərçivəsində Oxford Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış AZD1222 peyvəndinin istehsalının təşkili planlaşdırılır. Dekabr ayında "R-Pharm”, "Astrazeneka”, N.F.Qamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi və Rusiya Birbaşa İnvestisiya Fondu iki komponentdən ibarət olan kombinasiya peyvəndinin klinik sınaqlarının başlandığını elan ediblər – komponentlərdən biri "AstraZeneca”nın vaksininin digəri isə Rusiyanın "Sputnik-V”-nin  tərkibinə daxildir.

• "R-Pharm” Şirkətlər Qrupu 1 oktyabr 2020-ci ildə Moskva Dövlət Universitetinin alimləri tərəfindən koronavirus infeksiyasına qarşı hazırlanan daha bir peyvəndin maliyyələşdirildiyini elan etdi.  MDU peyvəndi polivalentdir, yəni yalnız COVID-19-dan deyil, eyni zamanda MERS-dən və hələ heyvandan insana növlərarası baryeri keçməmiş bir sıra digər koronaviruslardan immunitet yarada bilir. Tədqiqatlar uğurla başa çatarsa, bu vaksin "R-Pharm” istehsalat kompleksində istehsal olunacaq.

Koronavirus genomunun sekvenslənməsi

Koronavirus genomlarının sekvenslənməsi üzrə Rusiya konsorsiumu - 18 mart 2020-ci il tarixində Rusiyanın Səhiyyə Nazirliyi A.A. Smorodintsev adına Qrip Elmi-tədqiqat İnstitutun əməkdaşları tərəfindən Rusiyadan olan xəstəyə SARS-CoV-2 virusunun ilk tam genom sekvensi edilib.

2020-ci ilin yayında, yeni epidemiyaların proqnozlaşdırılması və dekodlaşdırılması, eyni zamanda Rusiya Federasiyasının müxtəlif bölgələrində maksimum sayda patogen genomu öyrənilərək peyvəndlərin dərhal yaradılması məqsədi ilə A.A. Smorodintsev adına Qrip ETİ tərəfindən SARS-CoV-2 koronavirusların genomlarını sekvenslənməsi üçün Rusiya Konsorsiumu yaradıldı.

Konsorsiumun tərəfdaşlarından biri Illumina-nın Rusiyada rəsmi nümayəndəsi olan "R-Pharm” Şirkətlər Qrupu olub.

4 sentyabr 2020-ci ildə "R-Pharm” ianə olaraq Qrip Tədqiqat İnstitutuna SARS-CoV-2 virusunun təxminən 500 genomunun sekvenslənməsinə imkan verən reaktivlər təqdim etdi.

Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "R-Pharm” Şirkətlər Qrupunun yeni istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Bakıdakı "R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6 hektardır.

"R-Pharm” zavodu Azərbaycan bazarı üçün həmçinin onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Eyni zamanda, hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
15:42 21.07.2026
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
15:36 21.07.2026
Beş ayda 8 min boşanma: Azərbaycanda ailələrdə nə baş verir? - RƏY
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
15:32 21.07.2026
Sistemdə qeydiyyatdan keçməyən lisenziyalı bağçalar hansılardır? – AÇIQLAMA
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
15:27 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
15:21 21.07.2026
Xaricdə təhsil adı ilə belə aldadırlar: Tələbələr və valideynlər üçün kritik xəbərdarlıq
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
15:05 21.07.2026
2026-cı ilin ilk altı ayında vəzifəsini itirən məmurlar: Kimlər postu ilə vidalaşdı?
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
15:03 21.07.2026
Kəlbəcərdə mina partlayışı - Çoban xəsarət aldı
"Arzum"la bağlı yeni xəbər - Sabah...
14:58 21.07.2026
"Arzum"la bağlı yeni xəbər - Sabah...
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
14:46 21.07.2026
Qvineyada “ASAN xidmət” təcrübəsinin tətbiqi üzrə əməkdaşlıq davam edir
İlham Əliyevlə Merz arasında görüş keçirilir
14:41 21.07.2026
İlham Əliyevlə Merz arasında görüş keçirilir
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
14:22 21.07.2026
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
13:58 21.07.2026
Qurban Qurbanov daha bir legionerin xidmətindən imtina etdi - İştirak ərizəsi dəyişdi
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
13:52 21.07.2026
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
13:19 21.07.2026
Süni intellektin hazırladığı videolar niyə daha çox izlənir? – Sosial şəbəkələrdə yeni trendin səbəbləri
AccessBank-ın tender elanının vaxtı uzadıldı
13:05 21.07.2026
AccessBank-ın tender elanının vaxtı uzadıldı