Radikal müxalifət növbəti fiaskonun astanasında

SİYASƏT
11:59 09.12.2019
3301
Bildiyimiz kimi, Azərbaycanda 9 fevralda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər öncəsi müxalifət daxilində ziddiyətlər hökm sürür.

AZXEBER.COM xəbər verir ki, hadisələri təhlil edən siyasi şərhçi, STM-in baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, radikal müxalifət növbəti siyasi fiaskonun astanasındadır:

"Hər seçki öncəsi müxalifət partiyaları müxtəlif birliklər ərsəyə gətirir. Seçki bitdikdə isə həmin”birlik” və ”koalisiyalar” qarşılıqlı ittihamlar fonunda yoxa çıxır. Bundan əlavə, müxalifətin daxilində bir-birilərini qaralamaq, seçkidə iştirak etməyənlərin iştirak edənləri virtual linçə məruz qoymağı da artıq standart halını alıb. Əli Kərimli və Milli Şura adlı qrup seçkiləri bəri başdan boykot edərək özlərinin "parlament yenilənməlidir” şüarlarını biabırçı formada təkzib edir. Bütün bunlardan əlavə, həm də Milli Şuranın seçkilərə hesablanmayan bundan sonrakı istənilən fəaliyyəti AXCP daxilində Əli İKərimliyə qarşı ciddi etriaz və müqavimət formalaşdıracaq. Yayılan məlumatlar belə proqnozlaşdırma verməyə əsas verir ki, seçkidə iştirakla bağlı Milli Şura daxilində ciddi narazılıq hökm sürür. Ümumiyyətlə, sıravi Milli Şura üzvləri Əli Kərimlinin tək adamlıq qərar qəbul etmə prinsiplərinə çoxdan etiraz etməyə başlayıb”.

Ekspert qeyd edib ki, müxalifətin daxili ziddiyətləri müxtəlif sosial şəbəkə qruplarında özünü daha açıq büruzə verir:

"Xatırlayın, bir neçə ay öncə radikallara bağlı trol şəbəkələrinin səs yazısı yayılmışdı. Həmçinin yayılan skrinlərdə İlqar Məmmədovun çıxışlarına kütləvi "dislayk” tələb olunurdu. Bundan başqa REAL-a qarşı ittihamlar və REAL-ın da qarşı tərəfə ittihamları müxalifətin daxili gərginliyinin hansı həddə olmağının göstəricisi idi. Seçki ərəfəsində REAL və Müsavatın seçkilərə qatılması "boykotçu” düşərgədən sərt açıqlamalarla müşahidə olunacaq kimi görünür.
Ümumiyyətlə, bizi yaxın aylarda bir neçə proseslə qarşılaşma gözləyə bilər:

1) İqtidar partiyasının böyük cəsarət nümayiş etdirərək parlamentin yenilənməsi tələbi ilə növbədənkənar seçki istəməsi ölkədəki islahatlar fonuna uyğun gəlir. Bütün bunlara rəğmən, yeniləşə bilməyən müxalifətin klassik az sayılı çevrəsi daha da məhdudlaşacaq.

2) Seçkilərdə müxalifətdaxili gərginlik pik həddə çatacaq. Keçmiş müttəfiqlərin belə bir-birini sıxışdırmasını müşahidə edə bilərik.
3) Milli Şura və digər siyasi partiyalar arasında çatlar daha da dərinləşəcək.
4) Beynəlxalq təşkilatların müxalifətin ciddiyətinə inamı bir daha zəifləyəcək.
5) Ölkədə müxalifətin nüfuzu yeni zədələnməyə məruz qalacaq.”

Ekspert qeyd edib ki, müşahidələr ölkədəki yeniləşmə və islahatların əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet