Ramil Ağasıyev: "Bizə dəstək olan hər kəsə minnətdaram"

Ramil Ağasıyev: "Bizə dəstək olan hər kəsə minnətdaram"
GƏNCLİK
00:31 30.11.2011
2151
"Ən böyük təşəkkürü isə ilk gündən məni dəstəkləyən, mənə güvənən bir insana-tanınmış jurnalist İlhamə Novruzovaya bildirirəm"“Əslində, mən çıxışımı vərəqə yazmışdım. Amma səhnəyə çıxmamışdan bir neçə dəqiqə öncə vərəqi itirdim. Ona görə də çox həyəcanlıyam. Həm də burada mənim müəllimlərim əyləşib, onların qarşısında söz demək çox çətindir. Ona görə də çalışacam ki, tam səmimi fikirlərimi deyim. Bu festivalın keçirilməsində yaxından dəstək olduqları üçün Gənclər və İdman naziri Azad Rəhimova və Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevə festival iştirakçıları adından minnətdarlığımı bildirirəm, festivalın ideya müəllifi Jalə Əliyeva təşəkkür edirəm. Ən böyük təşəkkürü isə ilk gündən məni dəstəkləyən, mənə güvənən bir insana-tanınmış jurnalist İlhamə Novruzovaya bildirirəm. Yaxşı ki, varsınız”. AZXEBER.COM-un məlumatına görə, bu sözləri Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının final mərhələsinin açılışında festivalın icraçı direktoru Ramil Ağasıyev deyib. 
OXŞAR XƏBƏRLƏR