"Ramil Səfərov 30 ildən tez Azərbaycana qaytarıla bilməz"

"Ramil Səfərov 30 ildən tez Azərbaycana qaytarıla bilməz"
Bütün Xəbərlər
11:58 30.08.2011
1963

Bu günlərdə Macarıstanda ömürlük həbs cəzası almış, Azərbaycanın tarixinə qızılı hərflərlə düşmüş baş leytenant Ramil Səfərov 34 yaşına qədəm qoyub. Son zamanlar  R.Səfərovun ölkəyə qaytarılması ilə bağlı hansısa işlər aparması isə gözə dəymir. Mövzu ilə bağlı açıqlama verən hərbiçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov yaxın 20 il ərzində R.Səfərovun Azərbaycana qaytarılmasının mümkün olmadığını bildirdi:

 “Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin indiki rəisi Ramiz Nəcəfovun ucbatından Ramil Səfərov bu gün həbsdə yatır. Düzdür ki, bu fikir bir qədər qəribə səslənə bilər ki, niyə Ramil Səfərov bu şəxsin günahı ucbatından həbsdə qalıb. Əvvəla Ramil Səfərov Türkiyədə təhsil almış Azərbaycanlı gənc zabitlərdən biri idi. Ramil Səfərovun Türkiyədən qayıtdıqdan sonra onun lazım olan vəzifəyə təyin etmək əvəzinə, Gədəbəyə göndərdilər. Bir müddət səngərdə qalandan sonra xatırladılar ki, bu adam Türkiyədə NATO məktəbində təhsil alıb. Bundan sonra onu Zığda yerləşən Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirdilər. Ramil Səfərov sonra Azərbaycan zabitinin şərəfinin nə olduğunu bilən adam kimi, Macarıstana ikinci dərəcəli dil kurslarına göndərdilər. Dil kurslarına göndərildikdən sonra Markanyanın Azərbaycanın dövlət rəmzinə qarşı etdiyi təhqirə dözməyərək o, addımı atdı. Ramil Səfərov həbs olunanda çoxlu məmurlar və millət vəkilləri özlərini qabağa verib Ramilin adı ətrafında özlərinə bir imic formalaşdırmaq istəyirdilər. Lakin onların hamısı çox gözəl anlayırdı ki, Macarıstanın qanunlarına görə, onun azad olunması və ya 30 ildən tez Azərbaycana ekstradisiyası mümkün deyil. O çox istedadlı və savadlı bir zabit idi. Onun Macarıstana ingilis dili kurslarına göndərilməsi üçün heç bir zərurət yox idi. Çünki o, ingilis dilini çox gözəl bilirdi. Azərbaycan rəsmiləri çox gözəl bilirlər ki, Ramil Səfərov Azərbaycana ekstradisiya olunsa belə, Azərbaycanın ixtiyarı yoxdur ki, onu həbsdən azad etsin. Çünki Azərbaycan beynəlxalq təşkilatların üzvü olaraq, bəzi sənədlərə imza atıb. Ramil yalnız 30 il həbsdə yatandan sonra onun ömürlük həbs cəzası dəyişdirilə bilər. Bunu həmin millət vəkilləri də yaxşı bilirdilər. Əgər Azərbaycan onu ekstradisiya eləməyə cəhd etsə belə, ermənilər bütün dünyanı bir-birinə qatacaqlar ki, cinayət törətmiş bir şəxsi azərbaycanlılar ekstradisiya edir. Düşünmürəm ki, onu yaxın günlərdə Macarıstan hüquq mühafizə orqanları Azərbaycana təhvil versinlər. O hələ ən azından 10-15 il Macarıstanda həbsdə yatandan sonra bu məsələyə baxıla bilər.” 

// faktxeber

OXŞAR XƏBƏRLƏR