''Ramil Səfərov Azərbaycanda qəhrəman hesab edilmir''

Bütün Xəbərlər
09:40 16.11.2012
1808
Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT-nin İnsan Hüquqları Şurasının sədrinin adına məktub göndərib. Azərbaycanın Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli həmin məktubda Ermənistanın BMT yanında daimi nümayəndəsinin Ramil Səfərovun ekstradisiyası və əfv edilməsi barədə fikirlərinə cavab verib.Məktubda qeyd edilir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası məhkum edilmiş şəxslərin verilməsi barədə, Azərbaycanın da qoşulduğu 1983-cü il Strasburq konvensiyasına tamamilə müvafiq olaraq həyata keçirilib.Məktubda deyilir: “Konvensiyanın müddəalarına uyğun olaraq, Tərəflərdən birinin ərazisində məhkum edilmiş şəxs qarşılıqlı razılaşmaya əsasən digər Tərəfin ərazisinə verilə bilər”.Məktubda göstərilir ki, Macarıstan məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərov səkkiz ildən artıq həbsdə olub və Ermənistan tərəfinin iddialarına rəğmən, o, Azərbaycanda qəhrəman hesab edilmir.M.Nəcəfbəyli yazır: “Hüquqi baxımdan tənzimlənən bu hadisənin siyasiləşdirilməsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzün və ağır cinayətlərin real nəticələrini gizlətmək kimi uzaq niyyətlər güdür”.Məktubda göstərilir: “Regionda daimi gərginliyin əsas mənbəyi Ermənistan tərəfindən Azərbaycanın işğalının davam etməsi və 1 milyondan çox azərbaycanlının doğma yurdundan qovulması, etnik təmizləmələr və bir sıra başqa ağır cinayətlərdir. Beləliklə, Ramil Səfərovla bağlı hadisəyə yalnız Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi və öz evlərini tərk etməyə məcbur olmuş yüz minlərlə azərbaycanlı məcburi köçkün və qaçqın üçün müharibənin doğurduğu acı nəticələr kontekstində yanaşmaq lazımdır”.Məktubda qeyd edilir ki, Ramil Səfərov özü erməni silahlı qüvvələri tərəfindən onun evinin zəbt edilməsi və yaxın qohumlarının öldürülməsinin şahidi olub.Məktubda vurğulanır: “Onun ailəsi doğma torpaqlarından zorla qovulmuş minlərlə ailədən biri idi. Bundan əlavə, Ramil Səfərovun əməllərini etnik motivə əsaslanan cinayət kimi təqdim etməyə əsla əsas yoxdur. Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan özünün etnik müxtəlifliyini bu günə qədər qoruyub saxlayıb. Hazırda Azərbaycan Respublikasının ərazisində təqribən 30.000 etnik erməni yaşayır və normal həyat sürür, heç bir ayrı-seçkiliyə məruz qalmır”. Məktubda daha sonra qeyd edilir ki, təcavüzü davam etdirən Ermənistan hökumətinin davakar və təhrikçi ritorikası və isteriyası Ermənistan ilə Azərbaycan arasında münaqişənin dinc yolla nizamlanmasına mane olur və düşmənçiliyə təhrik edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU
Füzulidə yanğın törədən şəxs saxlanılıb
10:24 23.08.2025
Füzulidə yanğın törədən şəxs saxlanılıb
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO
10:15 23.08.2025
“Qemgin_20” hesabı ilə canlı yayımda pul yığan qadın saxlanıldı - VİDEO