Ramiz Əzizbəyli dövlət hesabına Almaniyaya aparıla bilər

Ramiz Əzizbəyli dövlət hesabına Almaniyaya aparıla bilər
MƏDƏNİYYƏT
18:50 03.10.2014
2617
Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin səhhətində yaxşılığa doğru dəyişiklik olsa da, aktyor hələ də həkim nəzarəti altında müalicəsini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə publika.az-a xalq artistinin xanımı Zümrüd Əzizbəyli məlumat verib: “Ramizin vəziyyəti kritik olmasa da, hələ də səhhətində problem qalır. Sağ əli, demək olar ki, işləmir, çətin yeridiyi üçün əsa ilə gəzir. Nitqində, yaddaşında problemlər hələ də qalır. Buna görə də kənar adamlarla, elə jurnalistlərlə də danışmağa icazə vermirik. Sağalsın, bütün problemləri aradan qalxsın, danışarsınız. Bəzən çox şeyi yadından çıxarır. Tək qoymuruq, bəzən dostları maşınla gəlib onu qonaq aparır, özümüz də qoluna girib ara-sıra həyətdə gəzdiririk. Ağır insult xəstəsidir”.

Zümrüd xanım onu da bildirib ki, aktyorun müalicəsi ev şəraitində davam edir. Mütəmadi dərman qəbul edən xalq artistinin Almaniyada müalicə olunacağı da gözlənilir. Amma həkim müayinəsindən sonra bu, mümkün ola bilər: “Həkimlər insult xəstəliyinin uzunmüddətli müalicə tələb etdiyini deyirlər. Yaxın vaxtlarda onu yenidən müayinə edəcəklər, əgər məsləhət olsa, Almaniyaya aparacağıq. Səfər baş tutsa, oradakı müayinə və müalicənin pulu dövlət hesabına ödəniləcək. Yox, əgər məsləhət olmasa, yəni orada da sağalacağı ehtimal olunmasa, Almaniyaya aparmağın nə mənası? Görək də necə olur, elə gözümüz üstündədir”.

Xalq artistinin xanımı sənətkarın kino işi üçün darıxdığını və hətta buna görə xiffət çəkdiyini də bildirib: “Ramiz işə gedə bilmədiyindən çox darıxır, xiffət edir. Hətta buna görə gözləri də dolur. Hərəmiz bir tərəfdən onu sakitləşdirməyə çalışırıq. Deyirik ki, şükür Allaha, əlin işləməsə də, səhhətin düzəlməsə də, əsas odur yaşayırsan, nəfəs alırsan. Neyləməli, taleyin qisməti ilə barışmaq məcburiyyətindəyik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif