Ramiz Əzizbəylinin qızı: "Atama deyirdim ki, sağalıb buradan birlikdə çıxacağıq"

MƏDƏNİYYƏT
14:53 10.06.2021
2109
"Xalqını, sənətini çox sevirdi. Ölmək istəmirdi. Arzuları çox idi".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli BAKU.WS-ə açıqlaması zamanı deyib. O, göz yaşlarına boğularaq vəfat edən atasının kitab çap etdirmək istəməsindən danışıb:

"Kitab çıxarmaq istəyirdi. Amma buna nail ola bilmədi. Gözləyirdi ki, ayaqları sağalsın, sonra etdirsin. Koronavirus ona aman vermədi. 9 gün yanında qaldım.

Sonra ifarkt keçirərək reanimasiyaya yerləşdirildi. Daha sonra virusa yoluxdu. Onun müalicəsi davam etdiyi müddətdə mən də yoluxdum. Atama deyirdim ki, sağalıb buradan birlikdə çıxacağıq".

Qeyd edək ki, Xalq artistinin qızı Xədicə Əzizbəyli də bir müddət əvvəl koronavirusa yoluxmuşdu.

OXŞAR XƏBƏRLƏR