"Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında qalması hüquqi baxımdan düzgün deyil" - AÇIQLAMA

"Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasında qalması hüquqi baxımdan düzgün deyil" - AÇIQLAMA
SİYASƏT
15:28 17.10.2025
552
Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev hazırda Azərbaycan Təhlükəsizlik Şurasının üzvü olaraq qalır. 
 
Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması mövzusu hazırda gündəmdədir. Bəs belə olan halda Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən necə çıxarıla bilər?
 
Hüquq müdafiəçisi Əliməmməd Nuriyev AZXEBER.COM-a açıqlamasında Təhlükəsizlik Şurasına üzvlüyün Prezidentin etimadına əsaslanan vəzifə olduğunu bildirib:
 
"Hazırda gündəlikdə müzakirə olunan məsələ olduqca əhəmiyyətli xarakter daşıyır və ona üç müstəvidə – hüquqi, institusional və etik-siyasi baxımdan yanaşmaq tələb olunur.

Hüquqi baxımdan qeyd edilir ki, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası Prezident yanında məşvərətçi orqandır və onun tərkibi Prezidentin sərəncamı ilə müəyyən edilir. Bu o deməkdir ki, şuraya üzvlük seçki və ya qanunla təsbit olunmuş status deyil, Prezidentin etimadına əsaslanan vəzifədir. Buna görə Prezident istənilən vaxt sərəncam verərək yeni üzv təyin edə və mövcud üzvü vəzifəsindən azad edə bilər.
 
Əlimməd Nuriyev ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin dövlət sirrlərinə çıxış hüququnu itirdiyini bildirib:
 
"Bunları nəzərə alaraq deyə bilərəm ki, prosesə hüquqi müstəvidə baxsaq bu zaman bir sıra məsələlər diqqətə alınmalıdır. Cinayət Məcəlləsinin 274, 278 və 193-1-ci maddələri – dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və çirkli pulların yuyulması – dövlət təhlükəsizliyinə qarşı ən ağır cinayətlər sırasında yer alır. Bu maddələr üzrə istintaq başladıqda və şəxsə rəsmi ittiham irəli sürüldükdə, həmin şəxs xüsusi rejimli dövlət sirlərinə çıxış hüququnu itirir.

Dövlət sirri haqqında qanunun 18-1.4 və 18-1.6-cı maddələrinə əsasən, şəxs barəsində cinayət təqibi varsa, onun dövlət sirrinə çıxış icazəsi dayandırılır. Bu halda belə şəxsin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılması da hüquqi əsaslar çərçivəsində mümkündür. Beləliklə, hüquqi baxımdan bu kateqoriyaya aid edilən şəxsin Təhlükəsizlik Şurasında qalması qanunla yolverilməzdir, çünki bu strukturlarda çalışmaq üçün etibarlılıq və məhkəmə qərarı olmaması əsas şərtlərdəndir".
 


Əliməmməd Nuriyev qeyd edib ki, Təhlükəsizlik Şurası dövlətin təhlükəsizliyi ilə bağlı mühüm məsələlərin müzakirə olunduğu platformadır:
 
"Prezident yanında strateji təhlükəsizlik məsələlərinin koordinasiyası məqsədi ilə fəaliyyət göstərir. Şuranın tərkibində adətən baş nazir, müdafiə, daxili işlər, xarici işlər nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi və digər yüksək vəzifəli şəxslər yer alır. Bu qurumda dövlətin təhlükəsizlik maraqları, gizli və strateji qərarlar, milli müdafiə planları müzakirə olunur. Bu səbəbdən, belə ağır cinayətlərdə ittiham olunan şəxsin Şurada qalması həm praktiki təhlükə, həm də milli təhlükəsizlik üçün risk hesab edilir. Bu, dövlətin məxfi məlumatlarının sızması və ictimai etimadın zədələnməsi ilə nəticələnə bilər.

Məsələnin üçüncü tərəfi etik və siyasi müstəvidir. Bu səviyyədə vəzifə daşıyan şəxs barəsində belə iddiaların mövcudluğu dövlətin imicinə, Prezidentin Təhlükəsizlik Şurasının legitimliyinə və ictimai ədalət hissinə mənfi təsir göstərir. Hüquqi-mənəvi baxımdan təkcə şübhənin mövcudluğu belə, həmin vəzifənin daşınması üçün kifayət qədər əsas sayılmasa da, rəsmi ittihamın irəli sürülməsi artıq ictimai etimadın itirilməsi deməkdir. Bu kimi hallarda belə şəxslər bütün vəzifələrindən uzaqlaşdırılır.

Bütün bunlar nəzərə alınaraq demək olar ki, həmin şəxsin Təhlükəsizlik Şurasında qalması hüquqi baxımdan düzgün deyil. Şəxsə qarşı dövlət çevrilişi və digər ağır cinayətlər üzrə iddialar mövcuddursa, bu şəxs dövlət sirlərinə çıxış hüququ və təhlükəsizlik orqanında təmsilçilik imkanını itirir. Etik-siyasi baxımdan isə belə vəziyyət dövlətin etibarına və təhlükəsizliyinə zərbə vurur. Buna görə də belə şəxsin Təhlükəsizlik Şurasındakı üzvlüyü ən azı dayandırılmalı və yekunda ləğv edilməlidir".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
15:57 05.11.2026
Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
15:54 05.11.2026
Prezident bir qrup media nümayəndəsini təltif edib - SƏRƏNCAM
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?