"Real"ın növbəti "Lion" imtahanı

İDMAN
19:48 22.02.2011
1916

“Lion” son illərdə üstün olduğu Madrid “Real”ını qəbul edəcək. “Kral klubu” elə ötən mövsüm ÇL-də 1/8 finalda məhz “Lion” tərəfindən mübarizədən kənarlaşdırıldı. Fransada 0:1 hesabı ilə uduzan “Real” evdə də qələbə üzünə həsrət qaldı – 1:1.

Danimarkada isə debütantla ÇL-də böyük təcrübəyə malik komanda görüşəcək. Tarixində ilk dəfə nüfuzlu turnirin 1/8 finalına çıxan “Kopenhagen”i finala kimi irəliləyən “Çelsi” ilə çətin sınaq gözləyir.

22 fevral

“Kopenhagen” (Danimarka) – “Çelsi” (İngiltərə) 
“Lion” (Fransa) – “Real” (İspaniya) 

23 fevral
“Marsel” (Fransa) – “Mançester Yunayted” (İngiltərə)
“İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

Qeyd edək ki, oyunlar Bakı vaxtilə saat 23:45-də başlayacaq.

 

OXŞAR XƏBƏRLƏR