Regional TV-dən Yurd TV ilə bağlı xəbərə - CAVAB

Regional TV-dən Yurd TV ilə bağlı xəbərə -  CAVAB
MEDIA
12:20 11.04.2014
1648

“Bəzi elektron media orqanlarında “Yurd TV”nin “Region TV” ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır”.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Trend-ə “Region TV”nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib. “Əvvəla, onu qeyd etmək istəyirəm ki,  “Yurd TV” və “Region TV” bir-birindən tamamilə fərqli media qurumlarıdır. “Yurd TV”nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın “Region TV” ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir”. “Region TV”nin Media Mərkəzini direktoru Elnur Şibliyev onu da qeyd edib ki, “Yurd TV”də kifayət qədər peşəkar kadrlar çalışır. Təbii ki, “Region TV” də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər”.

OXŞAR XƏBƏRLƏR