"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən

"Arvadımı başqası ilə gəzdiyi üçün öldürdüm" - Göygöldə arvadını və qaynanasını öldürən
SOSİAL
14:33 18.08.2017
7349

Göygöl rayonunda ana və qızının ölümü ilə bağlı təfərrüat məlum olub. 

Arvadını və qaynanasını öldürən Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Zaur Adil oğlu Əliyev polisə könüllü olaraq təslim olub. 

O, ilkin dindirmələr zamanı arvadı, 1989-cu il təvəllüdlü Günel Vilayət qızı Əliyevanı namus üstündə, qaynanası, Tovuz rayon Əlimərdanlı kənd sakini, 1964-cü il təvəllüdlü Minayə Əliyevanı isə həyat yoldaşını döyən zaman onları ayırmaq məqsədi ilə araya girərkən təsadüfən vurduğunu deyib: "Çox söz-söhbət gəzirdi. Ona görə də bezmişdim. Həyat yoldaşıma isə xəbərdarlıq edərək belə bir şey olsa onu öldürəcəyimi demişdim. Başqa çıxış yolum yox idi. Artıq yoldaşımın çıxardığı oyunları bütün kənd bilirdi. Mən fəhlə əzab-əziyyətlə çörək pulu qazanırdım ki, arvadım başqaları ilə gəzsin? Onu namus üstündə, başqası ilə gəzdiyi üçün öldürmüşəm”.

Zaurun atası A.Əliyev oğlunun hadisəni namus üstündə törətdiyini bildirib: "Heç kim istəməzdi belə bir şey olsun. Nəticədə oğlumun ailəsi dağıldı, həyatı məhv oldu. Oğlum hadisəni qısqanclıq zəmnində törədib”.

Kənd sakinlərinin verdiyi məlumata görə, Günel Əliyevanın başqa bir kişi ilə gəzməsi kəndə yayılıb. Məsələdən xəbər tutan Zaur Əliyev isə bu hadisəni törədib.

Məlumata görə, Zaurun ailəısi 2007-ci ildə Gəncə şəhərindən Göygöl rayonunun Qızılca kəndinə köçüb. Zaur valideynləri ilə birgə yaşayırmış. O, atası ilə birgə günəmuzd olaraq elektrik və bənna işləyirmiş. Ona görə də çox vaxt ata və oğul evə axşam saatlarında gəlirmiş. Günel Əliyeva isə evdə çox vaxt iki azyaşlı övladı və qaynanası ilə birgə olurmuş. Deyilənlərə görə, Günelin qaynanası qohumlarının evinə gedən zaman isə o evə başqa birini gətirib. 

Hadisədən bir gün əvvəl Zaur öz həyat yoldaşının başqasıya görüşməsi ilə bağlı eşitdiklərinə aydınlıq gətirmək üçün həm xalası, həm də qaynanası olan Minayə Əliyeva evinə çağırıb. Hadisə baş verən zaman evdə onların 1 və 2-ci sinifdə oxuyan uşaqları, Zaurun anası və atası da olub. Zaurla həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman Zaur mətbəx bıçağı ilə Günelin başını kəsərək bədənindən ayırıb. Hadisədən dəhşətə gələn Minayə Əliyeva qızının öldüyün görüb Zaurun üstünə atılıb. Zaur isə qaynanasına bir neçə bıçaq zərbəsi vuraraq onu yaralayıb. Günel hadisə yerində, azyaşllı övladlarının gözü qarşısında ölüb. Onun anası M.Əliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. 

Hadisədən sonra Zaur polisə zəng vuraraq hadisəni törətdiyini bildirib və könüllü olaraq təslim olub.

Baş vermiş hadisə ilə bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

///report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
20:50 25.06.2026
Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
20:42 25.06.2026
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla danışdı
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi
20:39 25.06.2026
Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi