Reklamlarda Azərbaycan dilinin qaydaları pozulur

Reklamlarda Azərbaycan dilinin qaydaları pozulur
Bütün Xəbərlər
09:35 26.10.2012
1085
Dövlət dilinin qaydalarına riayət etməyənlərə qarşı tətbiq olunan cərimələr artırıla bilər. Buna səbəb ölkədə reklam çarxlarında və posterlərində dövlət dili qaydalarının kobud şəkildə pozulması hallarının artmasıdır. Artıq parlamentdə, dilimizin qorunması üçün xüsusi qurumun yaradılmasına da ehtiyac duyulduğu haqda fikirlər səslənir.Ölkənin kütləvi informasiya vasitələrində, paytaxt küçə və meydanlarında, restoranlarda yayımlanan reklam çarxları, adlarda Azərbaycan dilinin qaydalarının kobud şəkildə pozulması halları xeyli artıb.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Azay Quliyevin sözlərinə görə, respublikada bir çox müəssisə və təşkilatlarda, reklam çarxlarında dövlət dili haqqında qanuna riayət olunmur. Millət vəkilinin fikrincə, dövlət dili haqqında qanunun tələblərinin qorunması üçün ilk növbədə monitorinq aparılmalı, vəziyyət araşdırılmalı, müvafiq qurumlara məlumat verilməli və bu qaydaları pozan müəssisələrə, təşkilatlara, o cümlədən, şəxslərə qarşı inzibati tədbirlər görülməlidir.Millət vəkili Azay Quliyev bildirib ki, bu tədbirlər sırasına xəbərdarlıq, inzibati cərimə daxil ola bilər: “İnzibati cərimə məsələsinə, onun sərtləşdirilməsinə yenidən baxıla bilər”.Millət vəkili bir çox hallarda reklam çarxlarında istifadə olunan ifadələrin Azərbaycan ədəbi dilinə uyğun olmadığını qeyd edib. Onun fikrincə, bu məsələ təkcə qanunvericiliklə həll olunmamalıdır, həmçinin QHT-lər, KİV-lər Azərbaycan dilinin təhrif olunmasını ictimai qınaq obyektinə çevirməlidir. O, bu cür halların qarşısının alınması üçün inzibati tədbirlər və cərimə sanksiyaları ilə yanaşı xüsusi qurumun yaradılmasına da ehtiyac olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib