“Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır” - "Qarabağ" rəsmisi

“Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır” - "Qarabağ" rəsmisi
İDMAN
12:32 25.08.2017
1155

"Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar".

Bu sözləri "Qarabağ"ın baş meneceri Asif Əsgərov deyib. 

Çempionlar Liqasının qrup mərhələsinin dünən baş tutan püşkatma mərasimindən sonra Əsgərov Türkiyənin Anadolu Agentliyinə açıqlama verib.

O, "Qarabağ"ın ölkə xaricindəki bütün oyunlarında türkiyəli və azərbaycanlıların qardaşlığını gördüklərini, Çempionlar Liqasının qrup mərhələsində də dəstək gözlədiklərini bildirib: "Kopenhagen"lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. "İki dövlət, bir millət" olduğumuzu hər yerdə sübut edirik. Qrupdakı böyük oyunlarımızda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, bu vaxta qədər bizi dəstəkləyiblər. Qarşıdakı 3 görüşdə də bunu davam etdirəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq".

 

Əsgərov "Qarabağ"ın uğuruna toxunaraq, Azərbaycan futbol tarixinə düşdükləri üçün şad olduğunu qeyd edib: "Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Hazırda bunun sevincini yaşayırıq. Qrupda "Atletiko", "Çelsi" və "Roma" ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq".

"Qarabağ" rəsmisi söhbət əsnasında Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi "Beşiktaş"a uğur arzulayıb.

///apasport
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı