Rəqsanə: Sonradan Dubaya getdim və ... - MÜSAHİBƏ

MAQAZİN
14:21 14.01.2012
5001
Space TV-nin “Doğru-yanlış” verilişinin budəfəki qonağı populyar müğənni Rəqsanə olub. AZXEBER.COM-un day.az-a istinadən verdiyi məlumata görə, verilişin ənənəsinə uyğun olaraq, yalan detektoru vasitəsilə onun hansı suala düz, hansına səhv cavab verdiyi yoxlanılıb.Müsahibəni təqdim edirik.- Qızlarınız arasında fərq qoyursunuzmu?- Bəli. Yağmur hələ balacadır. Aysun isə həmişə çətin anlarımda yanımda olub. Odur ki, Aysun mənim rəfiqəmdir. Hər şeyi yalnız onunla bölüşürəm.- Həqiqətən dünyaya əkiz uşaqlar gətirmişdiniz?- Bu suala cavab vermək istəmirəm.- Bəs ikinci qızınızı Moskva klinikalarından birində dünyaya gətirmisinizmi?- Yox. Həyatda hər bir insan bəzən yalan danışır. Mən də həmçinin. Elə anlar olur ki, sadəcə yalan deməyə məcbur olursan. Mən bunu gündəmdə qalmaq üçün etməmişdim. Hansı səbəbdən yalan danışdığımı desəm, insanlar məni başa düşərlər. Amma artıq gecdir.- Xərçəng xəstəliyinə tutulmuşdunuzmu?- Yox. Bu diaqnozu mənə klinikalarımızdan birində qoymuşdular. Həmin vaxt xalam da xərçəng xəstəsi idi. Hər şeyi gözlərimlə görürdüm. Beynimə yeritmişdim ki, mən də xəstəyəm. Özümü çox pis hiss edirdim. Ürəyim bulanır, hətta gəzə bilmirdim. Sonradan Dubaya getdim və başqa xəstəlikdən müalicə olundum. Amma heç zaman xərçəng xəstəsi olmamışam.- Aysunu sevgilinizə ata deməyə məcbur edərsinizmi?- Xeyr. Belə şey etmərəm. Çünki onun atası var və sağdır. Sadəcə, görüşmürlər. Onu mənim hansısa münasibətdə olduğum şəxsə ata deməyə məcbur etmərəm. Çünki həmin adam mənim yanımda əbədi olmayacaq. İnanmıram ki, kimsə Aysunun qeydinə doğma atası qədər qala bilsin.- Sevgililərinizdən hansısa sizi atıbmı?- Yox, həmişə mən atmışam.- Açıq-saçıq fotosessiyalarda çəkildiyiniz üçün təəssüflənirsinizmi?- Yox. Çünki müğənniyəm və bütün dünyada müğənnilərin açıq-saçıq geyinməsi, belə fotosessiyalara çəkilməsi qəbul olunur. Burada nə var ki?!- Nə vaxtsa keçmiş həyat yoldaşınızı sizə əl qaldırdığı üçün öldürmək istəmisinizmi?- Bilirsiniz, insan hər şeydən bezən zaman nə desən, edə bilər. Amma mən adam öldürə bilmərəm. Hətta qarışqanı da əzə bilmirəm.- Evli kişi ilə görüşmüsünüzmü?- Bəli.- Atanız sizinlə heç zaman maraqlanmadığı üçün ona nifrət edirsinizmi?- Yox. Çünki onun sayəsində dünyaya gəlmişəm.- Nə vaxtsa oğurluq etmisinizmi?- Bəli. İkinci sinifdə oxuyarkən müəllimimin nişanını oğurlamışdım. Sonra buna görə danlandım.- Kimsə xarici görünüşünüzü ələ saldıqda əsəbləşirsinizmi?- Bəli. Məni çoxları parodiya ediblər. Əvvəllər əsəbləşirdim. Sonradan vərdiş etdim.- Özünüzü bədbəxt sayırsınızmı?

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb