Rəşad Sadıqov: "Fasilədə Qurban Qurbanov dedi ki..."

Rəşad Sadıqov: "Fasilədə Qurban Qurbanov dedi ki..."
İDMAN
13:19 24.08.2017
6320

"Kopenhagen”i sıradan çıxararaq Çempionlar Liqasında qrup mərhələsinə yüksələn "Qarabağ” bu gün səhər saatlarında Bakıya çatıb.

AZXEBER.COM-un futbol11.az-a istinadən məlumatına görə, komandanı hava limanında xeyli azarkeş və jurnalist qarşılayıb. Komandanın kapitanı Rəşad Sadıqov  matçla bağlı sualları cavablandırıb:

- Çətin oyun oldu. Rəqib son dəqiqəyə kimi əlindən gələni etdi ki, mərhələni adlasın. Təcrübəli komandadır. Son ana kimi mübariz apardıq. Sevinirik ki, mərhələ adlayan tərəf biz olduq.

- Bütün azarkeşlər səhərə kimi yatmayıb, qələbəni bayram edib. Onlara nə sözün var?

- Hamıya təşəkkür edirəm. Hər kəs bunu istəyirdi. Neçə illərdir buna doğru gedirdik. Çox sevinirik ki, bu il istəyimizə çatdıq. Yadınızdadır, ötən mövsüm ÇL-i necə üzücü şəkildə tərk etdik. Bu il də hazırlıq dövründə məğlubiyyətlərimiz olurdu. Hətta insanlarda bizə qarşı inamsızlıq da yaranmışdı. Amma ilk gündən nəyəsə nail olmaq üçün nə əziyyət çəkəcəyimizi bilirdik. Düşündüyümüz transferlər alınmadı. Qurban müəllimi bir daha təbrik edirəm. Transfersiz, bu qədər çətinliklərə baxmayaraq, hansı ki, çoxlu zədəlilərmiz oldu, milliyə xeyli futbolçumz cəlb edildi, xeyli ağır proseslərdən keçdik. Bəzi şeylər var ki, kənardan görünmür. Dünənki matçda Qurban müəllim bir neçə dəfə oyun sistemini dəyişdi. Belə qarşılaşmalarda nəyisə dəyişmək böyük riskdir. İlk yarıda məğlub olmağımıza baxmayaraq, fasilədə bizə çox yaxşı çıxış etdiyimizi bildirdi. Bizə mərhələni keçəcəyimizi və inandığını dedi. Bütün xalqımızı təbrik edirəm. "Qarabağ” təkcə bizim yox, xalqın komandasıdır. Hansı komandanı təmsil etdiyimizi bilirik, son damla qanımıza görə mübarizə apardıq ki, arzumuza çataq.

- Bu gün püşk atılacaq. Qarşılaşmaq istədiyiniz rəqib varmı?

- İndiyə kimi püşkdə xüsusi istədiyimiz komanda olmayıb, heç kimdən çəkinməmişik.

- "İnter”lə 3 il əvvəlki matçda Zelinkanın səhvindən sonra demişdin ki, "bir də əlimizə bu cür şans düşəcək, ya yox, bilmirəm”. Dünən qələbədən sonra nə düşünürdün?

- Yolda çox şey haqqında danışmışıq. 5 saat biz də yatmamışıq. "Rusenborq”la səfərdə 0:0 hesablı heç-heçədən sonra bizi təbrik edirdilər.  Amma bu gün ÇL-in qruplarındayıq.Növbəti mövsüm reqlamentdə dəyişikliklər ediləcək, belə olan halda vəsiqə qazanmaq da çox çətin olacaq. Başa düşürdük ki, belə fürsəti bir də əldə etməyə bilərik. Əlimizdən gələni etdik ki, bu il istəyimizə nail olaq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı