Bu gün SSRİ Xalq artisti Rəşid Behbudovun doğum günüdür. Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.