""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov

""Roma"ya fəlsəfəmizi göstərməyə çalışacağıq" - Qurban Qurbanov
İDMAN
17:38 26.09.2017
1301
"Roma" çox peşəkar komandadı. Bizim üçün çətin oyun olacaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah "Roma”ya qarşı keçirəcək.
 
Matçdan öncə mətbuat konfransı keçirən Qurbanov bunları deyib: "Bizi ağır oyun gözləyir. Buna baxmayaraq, azarkeşlərimizi sevindirmək istəyirik. Çempionlar Liqası fərqli turnirdi. Amma bizim də avrokubok təcrübəmiz var”.
 
- Sabah stadionda 70 minə yaxın azarkeşin olması gözlənilir. Belə atmosferdəki oyuna hazırlaşmaq necə hissdi?
 
- Həyəcan həmişə olur. Avropa təcrübəmiz olsa da, Çempionlar Liqası tam fərqli turnirdi. Belə stadionda rəqibləri qəbul etmək xoşdu. Stadion məsələsi çox müzakirə olundu. Amma buna bir daha toxunmağa ehtiyac yoxdu. Nə qədər çox azarkeş qarşısında oynasaq, futbolçular daha inamlı olarlar. Bu gün düşünməliyik ki, öz doğma Bakımızda oynayırıq. Rəqibin gücündən asılı olmayaraq, böyümək üçün bəzi məğlubiyyətlərdən qorxmamalıyıq. Oyundan-oyuna daha inamlı komanda çıxarmaq üçün bu vacibdi. Bu turnirdə kiçik təcrübəmiz var. Həyəcan olsa da, arxayınam ki, futbolçular məsuliyyətlidilər. Öz oyun fəlsəfəmizi göstərməyə çalışacağıq.
 
- Miçel cərimələnibmi və sabah oynayacaqmı?
 
- Miçel dünən cərimə olundu. Onlar peşəkardılar, bilirlər ki, bu klubda belə şeylər bağışlanmır. Bu hallarla bəzən razılaşmaq lazımdı. İdmanda bəzən idmançı özünü saxlaya bilmir. Hətta mənim özümdə də bəzən belə hallar baş verir. Sadəcə, yaratdığımız intizamdan uzaqlaşmamalıyıq. Səhv edən bunun cavabını verməlidi. Miçelin işinə yanaşmasından, oyunundan razıyam. Həmişə daha artığını etməyə çalışır. Sabah meydanda olmaq ehtimalı çoxdu.
 
- Ansi Aqollinin durumu nə yerdədi?
 
- Hər şey pozitivdi. Yekun qərarı səhər keçəcəyimiz yüngül məşqdən sonra verəcəyik. Ansinin durumunda xeyli fərq var. Oynamaq ehtimalı var.
 
- Sabah heyətdə nə cür dəyişiklik etmək fikriniz var?
 
– "Çelsi” ilə matçla müqayisədə heyətdə bəzi dəyişikliklər olacaq. Çünki fərqli oyun göstərən rəqiblərdi. Keyfiyyət və oyun baxımından az da olsa, fərq olacaq.
 
- "Roma”nın heç zəif tərəfini görmədiniz?
 
- O vaxt PRO kateqoriyasında oxuyurdum. İlk dəfə "Borussiya”, sonra isə "Barselona”ya getdim. "Borussiya”da olanda dedim ki, onlar hardadı, "Qarabağ” harda? "Barselona”ya gedəndə isə dedim ki, "Borussiya” hardadı, "Barselona” harda? Bunlar top-klublardı. Onlarda hər bir üstün cəhət var idi. Hər şey yüksək səviyyədə idi. Amma futbolda ən güclü də səhv edə bilir, məğlub olur. Deməzdim ki, elə zəif cəhətlərini gördüm. Roma kimi böyük bir şəhərin komandasında iki italyan oynayırsa, bu, böyük uğurdan xəbər verir. Belə komandalara qarşı həvəslə oynayıb, addım-addım irəliləmək istəyirəm.
 
- "İnter”, "Fiorentina” və "Roma”... Bu komandaları necə müqayisə edərdiniz?
 
- "Roma” çox güclü komandadı. Çox tərifləmək də istəmirəm. "Fiorentina” ilə "Roma”nın oyun fəlsəfəsi tam fərqlidi. İtaliyanın ikincisi olmaq az iş deyil.
 
- Düşünmürsünüz ki, Çempionlar Liqasında ən böyük uğur yerlilərə şans verib, onların digər komandalara keçidi üçün şərait yaratmaqdı?
 
- Futbol elə oyundu ki, burda yarışa çıxırıqsa, həmin gün layiq olan meydana çıxmalıdı. "Qarabağ”da belə bir fikir yoxdu. Əlbəttə, yerli oyunçularımızın daha çox oynamasını istəyirik. Amma kiminsə haqqını əlindən almağı fikirləşmirik. Kim layiqdisə, o da oynamalıdı. Təəssüf ki, bəzən 10 yox, 15 oyunçu əsas heyətdə oynamağa layiqdi, amma onlardan bəzilərini ehtiyatda saxlamalı olursan. Biz daha hazırlıqlı oyunçunu meydana buraxırıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri