Ronaldo İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

Ronaldo İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb
İDMAN
13:16 29.08.2021
1224
"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq.

36 yaşlı hücumçu həftədə 560 000 avro əmək haqqı alacaq.

Siyahıda ikinci yeri "Çelsi"nin forvardı Romelu Lukaku (525 000 avro) ikinci yeri tutur. "Üçlüy"ü "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Bröyne (450 000 avro) qapayır.

Portuqaliyalı oyunçu İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçərkən maaşının azaldılmasına razılaşıb. "Qırmızı şeytanlar" onun transferini avqustun 27-də açıqlayıblar. Ronaldu yeni klubuna yığmaların oyunları ilə əlaqədar verilən fasilədən sonra qoşulacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR