Rüfət Səfərova hökm oxundu

Rüfət Səfərova hökm oxundu
KRİMİNAL
20:22 12.06.2026
350
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən il dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatının Rüfət Səfərov tərəfindən mənimsənildiyini iddia edib. Rüfət Səfərov isə həmin şəxsi tanımadığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR