Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib - FOTOLAR

Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilib - FOTOLAR
MƏDƏNİYYƏT
15:07 12.10.2022
1154
Təzə Pir məscidində Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova ilə vida mərasimi keçirilir.

Mərasimdə Ombudsman Səbinə Əliyeva, incəsənət xadimləri, bəstəkarın ailə üzvləri, yaxınları iştirak edirlər.

Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında doğmalarının məzarının yanında torpağa tapşırılacaq.

R.Qasımovanın qızı Canana Süleymanlı jurnalistlərə açıqlamasında deyib ki, avqustun 14-də anası ilə birlikdə Bakıdan Honkonqa gediblər: "Əvvəllər Honkonqa tez-tez gələrdi. Pandemiyadan sonra gələ bilmirdi. Biz orada anamla bir ay yaxşı vaxt keçirtdik. Sentyabrın 26-sı Azərbaycana qayıtmalı idik. Onda vəziyyəti pisləşdi. Anam atamın vəfatından sonra yaşamaq istəmirdi. Son sözlərində uşaqlara bozbaş bişirməyimi tapşırdı. Oktyabrın 9-da böyrək çatışmazlığından dünyasını dəyişdi".

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə sənət dostu haqqında təəssüratlarını bölüşüb: "Mən hələ də inana bilmirəm ki, Ruhəngiz həyatda yoxdur. O, gözəl ifa edirdi. Onun 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mən elə dünən orada çəkilən şəkillərə baxıb, həmin günləri xatırlayırdım. Allah rəhmət eləsin. Onun mahnıları daim yaşayacaq".

Oğlu İlkin Süleymanov anası dünyasını dəyişəndə yanında olmadığı üçün təəssüfləndiyini bildirib: "Çox istəyərdim ki, anam dünyasını dəyişəndə əlindən tuta bilim. Heç vaxt gözləmirdim ki, o belə tez dünyasını dəyişəcək. Anamın mahnılarını eşidəndə sadəcə ağlayıram. O, möhkəm qadın idi, sadəcə olaraq şəkərli diabetdən əziyyət çəkirdi. Ölümünə səbəb isə böyrək çatışmazlığıdır. Atamdan sonra vəziyyəti yaxşı deyildi. Çox təəssüf ki, onu belə tez itirdik".

Ombudsman Səbinə Əliyeva R.Qasımovanın vəfatı ilə bağlı başsağlığı verib: "Ailəvi dost idik. Ruhəngiz xanım yumor hissi çox yüksək olan bir qadın idi. İstənilən gərgin vəziyyətdə gülməyi bacarırdı. Onun çox böyük ürəyi vardı. Evinə gələn hər bir qonağı süfrə arxasında əyləşdirərdi. Onun yoxluğu bizim üçün çox böyük bir itkidir. Bütün yaxınlarına başsağlıgı verirəm".

Xatırladaq ki, R.Qasımova oktyabrın 9-da Honkonqda vəfat edib.
 
///Report

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
16:01 06.08.2026
Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
15:58 06.08.2026
Ekspres avtobusların qiyməti ilə bağlı nazir müavinindən CAVAB
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
15:33 06.08.2026
Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı danışdı - Yaxın günlərdə...
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
15:22 06.08.2026
Ceyhun Bayramov Ukrayna XİN-də Azərbaycan və Qafqaza dair arxiv sənədlərlə tanış olub
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
15:06 06.08.2026
İctimai nəqliyyatda sizi ən çox nə narahat edir? - VİDEOSORĞU
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
14:56 06.08.2026
Birbank Star kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin
Tahir Kərimliyə ağır itki
14:51 06.08.2026
Tahir Kərimliyə ağır itki
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
14:47 06.08.2026
Hakan Fidan: ABŞ və İran arasında danışıqlar bu gün müsbət nəticə ilə başa çata bilər
Paşinyan onları yenidən postlarına təyin etdi
14:40 06.08.2026
Paşinyan onları yenidən postlarına təyin etdi
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
14:33 06.08.2026
Azərbaycanın UNESCO-dakı yeni nümayəndəsi kimdir? - DOSYE
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
14:28 06.08.2026
Elman Abdullayev UNESKO-dan geri çağırıldı
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
14:27 06.08.2026
Avropa Şurasındakı nümayəndəmiz geri çağırıldı - Yeni təyinat
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
14:27 06.08.2026
Prezidentin təltif etdiyi Bəxtiyar Aslanbəyli kimdir? - DOSYE
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
14:12 06.08.2026
Məişətdə hər gün istifadə etdiyimiz əşyaları nə vaxt dəyişmək lazımdır? - Çoxları bunu gecikdirir
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
14:01 06.08.2026
Müstəqillikdən WUF13-ə: Son 35 ildə Azərbaycanı dünyaya tanıdan hadisələr
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır
13:58 06.08.2026
Valideynlərin fərqinə varmadığı səhv: Evdəki hər davranış uşağın gələcək taleyini yazır