Ruhi Əliyeva: "-4" romanının ilk oxucusuyam" - FOTO - VİDEO

Ruhi Əliyeva: "-4" romanının ilk oxucusuyam" - FOTO - VİDEO
SOSİAL
10:15 12.09.2020
815
Hər zaman fərqli layihələrə imza atan "Liatris Holding" yenə ənənəsinə sadiq qaldı. İş xanımı Ruhi Əliyevanın rəhbərlik etdiyi şirkət bu dəfə kitabsevərləri sevindirdi.  Şirkət "-4" adlı yeni detektiv romanı oxuculara təqdim etdi.

Kitabın müəllifi uzun illər prokurorluq orqanlarında mühüm işlər üzrə baş müstəntiq kimi çalışan, hazırda News24.az saytının "Hüquq vaxtı" verilişinin aparıcısı, hüquqşünas, detektiv yazıçı Müşfiq Abbasovdur.
 
Kitabla bağlı təəssüratlarını bölüşən İş xanımı Ruhi Əliyeva əsərin məhz "Liatris Holding"in dəstəyi ilə ərsəyə gəlməsindən məmnun olduğunu dilə gətirib: "Belə bir maraqlı kitabın işıq üzü görməsi ümumilikdə "Liatris Holding"in uğurudur. Əsərin müəllifi Müşfiq Abbasov "-4”- lə bağlı ilk fikirlərini mənimlə bölüşdü. Həm mövzu, həm təşəbbüs, həm müəllifin yazı üslubu çox xoşuma gəldi. Məni bu işə ruhlandırdı. Ən təsirli məqam isə kitabın Azərbaycanın mərhum baş prokuroru İsmət Qayıbova həsr olunmasıdır. Mərhum baş prokurora həm peşəkar hüquq-mühafizə işçisi, həm də vətənpərvər bir insan kimi böyük sayğım var. Kitabını onun xatirəsinə həsr etdiyi üçün müəllifi alqışladım və nəşrinə dəstək verdim. Düşünürəm ki, damarında Azərbaycanlı qanı axan, ruhunda vətənpərvərlik olan hər kəs heç düşünmədən bu işə dəstək olardı”. 

 

"Kitabın ilk oxucusu mənəm" deyən R.Əliyeva, bu işdə qatqısı olduğuna çox sevindiyini də qeyd etdi: "Kitabın ilk oxucusu mənəm və buna görə də çox sevincliyəm. Bu nəşri hüquq fakultəsində oxuyan tələbələrin də oxumasını tövsiyə edirəm. Çünki onlar üçün maraqlı vəsait olacağına əminəm. İnanıram ki, "-4” onların bir çox bağlı qapıları açmasına yardımçı olacaq”.
 
Ruhi Əliyeva bildirib ki, detektiv janrında ərsəyə gələn filmləri və kitabları çox sevir: "Bilirsiniz, mən bundan öncə bir neçə müəllifin detektiv romanlarını oxumuşdum, amma nə yalan deyim, ürəyimcə olmamışdı. Çünki yazılanlarda sünilik, uydurma məqanların olduğu hiss olunurdu. Amma "-4" gerçəkdən baş vermiş hadisələri əhatə etdiyi üçün məndə maraq oyatdı. Məncə, bu cür kitabları ancaq bu sahəni bilən və real hadisələri canlandırmağı peşəkarcasına bacaranlar ərsəyə gətirməlidir”. 

 

Ruhi Əliyevanın sözlərinə görə, gələcəkdə sözügedən əsər əsasında film də lentə alına bilər: "Düşünürəm ki, bu kitab çox maraqlı bir ekran işinin ssenarisi də ola bilər. Bu haqda müəllifə də demişəm. Ola bilər, gələcəkdə "-4” maraqlı ekran işi kimi ortaya çıxsın".

İş xanımı kitabı News24.az saytının redaktoru Rəna Cumaqızının redaktə etdiyini də bildirib: "Rəna xanıma da təşəkkür edirəm. Kitabın redaktəsini o üzərinə götürdü. Rəna xanım News24.az saytının əməkdaşıdır. Kitabın ərsəyə gəlməsində onun da böyük rolu olub. Ona inanıb dəyər verdiyimizə görə istədik ki, bu işlə o məşğul olsun. Çox sağ olsun. Çox gözəl və maraqlı kitab alınıb". 
 

 

Beş aya ərsəyə gələn roman real hadisələr üzərində qurulub. Yalnız adlar və məkanlar şərtidir.
 
Müəllif Müşfiq Abbasov da ilk kitabının işıq üzü görməsindən sevinc hissi keçirdiyini deyib: "-4”-ü əlimə alanda sevincimin həddi-hüdudu yox idi. İnanın, hələ də həyəcanlıyam. Kitabın dizaynı çox nəfis, şriftlər göz yormayan, oxunaqlıdır. Çəkisi də yüngüldür, baxmayaraq ki, nəşrdə çox ağır cinayət hadisəsindən danışılır. Bu əsərdə prokurorluqda çalışdığım dövrlərdə istintaqını apardığım cinayət işlərindən birindən bəhs olunur. Beş il qabaq baş verən bu hadisə məni çox təsirləndirmişdi, ona görə də ilk kitabımda məhz bu hadisəni qələmə aldım".
 
Müəllif detektiv janrda yazan çox az müəllifin hüquq sahəsinin mütəxəssisi olduğunu da vurğuladı: "Çox təəssüf ki, hazırda Azərbaycanda peşəkar detektiv janrında yazan yazıçılardan yalnız bir neçəsi hüquqşünasdır. Amma Prokurorluqda çalışıb gördüklərini qələmə alan yazıçı yoxdur, ən azından mən elə bir qələm adamını tanımıram. Ona görə də düşünürəm ki, müstəntiq kimi qarşılaşdığım bu real hadisəni oxucular maraqla qarşılayacaq. Onu da deyim ki, kitabım çox böyük rəğbət bəslədiyim şəxsiyyətə - İsmət Qayıbova həsr olunub. Onu həm vətənpərvər insan, həm peşəkar kimi hər zaman özümə örnək bilmişəm”.
 
Müəllif onu da qeyd etdi ki, kitab maddi gəlir əldə etmək istəyindən daha çox maarifləndirmə məqsədilə ərsəyə gətirilib: "İnternet dövrü olduğundan oxucular sevdikləri nəşrləri sosial şəbəkə vasitəsi ilə əldə edə bilirlər. "-4"  nəşri kitab mağazalarında deyil, sosial platforma üzərindən satışa çıxarılıb. Çox arzu edirəm ki, kitabı oxuyan hər kəs əsərlə bağlı fikirlərini yazıb sosial şəbəkədə paylaşsın”.

Qeyd edək ki, oxucular "-4" adlı detektiv romanını instaqramda @menfi_dord səhifəsindən və 055-360-02-03 nömrəsiylə əlaqə saxlayaraq əldə edə bilərlər. 
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb