Ərazisində Rusiyanın hərbi mövcudluğu Azərbaycana mane olur.
ANS PRESS bildirir ki, bu fikri rusiyalı politoloq Aleksandr Skakov Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-in Rusiya tərəfindən icarəsi məsələsinə toxunarkən bildirib.
Politoloqun fikrincə, Azərbaycan ərazisində Rusiyanın hərbi mövcudluğu lazım deyil bu, onun fəaliyyətini məhdudlaşdırır. O cümlədən, İran və ya Qarabağ ətrafında durumun gərginləşməsi halında mümkün fəaliyyətdən söhbət gedir. Azərbaycan tərəfinin tələbi məhz bununla bağlıdır.