Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər

Rusiya Aerokosmik Qüvvələrinin zabitini güllələyiblər
DÜNYA
18:12 03.09.2026
67
Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin zabiti Nikolay Varpaxoviç və onun sürücüsünə sui-qəsd cəhdi olub.

Bu barədə "Baza” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, naməlum şəxs motosikletlə hərbçinin olduğu şəxsi evə yaxınlaşıb.

Hücumu törətməkdə şübhəli bilinən şəxsin üzünün dəbilqə ilə gizlədildiyi qeyd olunur.

Bildirilib ki, hücum nəticəsində hərbçi xəsarət alıb, onun sürücüsü də güllə yarası alıb.

"Shot” Telegram kanalının məlumatına görə, zabit ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir güllə onun üzünə, ikincisi isə bədəninə dəyib. Məlumatda bildirilir ki, hərbçi Saratova aparılıb.
OXŞAR XƏBƏRLƏR