Rusiya, Azərbaycan hər şeyin fərqində!

Rusiya, Azərbaycan hər şeyin fərqində!
SİYASƏT
17:13 14.12.2020
1538
Rusiya Sülhməramlıları elə ilk gündən Azərbaycan ictimaiyyəti tərəfindən "bəh-bəh"lə qarşılanmadı. 

Tarix boyu yeritdiyi siyasətlə Azərbaycan insanının haqlı qıcıq və nifrətinə səbəb oldu. Bu gün də "Sülhməramlılar" özlərinin missiyalarını və qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərini aşır. 

Onlar nəyə arxalanaraq 10 Noyabr bəyannaməsini açıq şəkildə pozmağa cəhd edir?! Başa düşülən deyil! Özlərindən xəritə icad edib əsl məramlarını unutmaları Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və hiddətə səbəb olur. Bəli, Rusiyaya qarşı etimadsızlıq var. 

Rusiya tərəfi yaxşı bilir ki, Sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsi Azərbaycan cəmiyyətinin müəyyən hissəsi tərəfindən haqlı narazılıqla qarşılanıb. Çünki Azərbaycan xalqı Rusiyanın Ermənistanı silahlandırmasını, Gəncə və Bərdəyə atılan raketin haradan gəldiyini və həmin sülhməramlıların sələflərini yaxşı tanıyır və hər şeyin fərqindədir. 

Rusiyaya olan etimadın yaranması üçün son şans Sülhməramlıların dürüst addımlar atması və qəbul olunan sənədə görə davranması idi. Azərbaycanın 44 günlük haqlı davası, mərdlik və düzgün siyasəti, əslində, Rusiyaya mesaj olmalı idi. 

Rusiya indi yalnız məğlub ölkə Ermənistanın deyil, qalib ölkə Azərbaycanın da maraqlarını nəzərə almalıdır. Əks təqdirdə bunun acısını Ermənistanla bərabər Rusiya da çəkəcək. İndi 90-cı illər deyil. Azərbaycan qüdrətli və söz sahibi olan ölkədir. 

Haqlı davasında son ana qədər qayəsindən dönməyən,  döyüşkən türk ruhuna sahibdir!

Maraqlıdır, Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına gülünc səbəblərlə məhdudiyyətlər qoyan Rusiya bununla nəyə nail olmaq fikrindədir?! Bununla anti-Rusiya meyillərini daha da gücləndirdiyini bilmir?! Üstəlik, bu məhdudiyyəti Zəfər paradından bir gün öncə tətbiq etməsi Rusiyanın qara fikrini təqdim etməkdən başqa bir şey deyil: "Ermənistana hədiyyə etdiyim tankların sizin zəfər paradında nümayişi qəlbimə toxunur" deyir, sanki. 

Halbuki Sülhməramlı missiyasını üstlənmiş bir ölkə bunu beynəlxalq hüquq və normalarla etməyə məcburdur və humanist ölkə belə davranar. 

Baxmayaraq, Sən nəhəng bir dövlətsən. Amma ortada bir həqiqət var: Ey Rusiya, Sən dünyada o qədər də yaxşı olmayan imicini Qarabağ münaqişəsindəki dürüstlüklə düzəldə bilərsən. Çünki Cənab Fakt qarşısında hər kəs acizdir!

Müəllif: A. Kazımzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
14:41 03.07.2026
Aqrar sektorla təhsil sahəsinin əməkdaşlığı müzakirə edildi
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
14:40 03.07.2026
Sabunçu rayonunda 19 kiloqramdan artıq marixuana aşkarlandı
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
14:38 03.07.2026
İCMA və Marsol Group-dan Şimali Kipr naziri ilə görüş - FOTOLAR
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
14:34 03.07.2026
“Kristal” beynəlxalq tərəfdaşlıqlarını genişləndirir: “Florim” ilə memorandum imzalandı
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
14:31 03.07.2026
Milli suverenliyin texnoloji dayaqları: Azərbaycanın yeni inkişaf mərhələsi
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
14:18 03.07.2026
İran Ordu Komandanından sərt mesaj: "Qisasını alacağıq"
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
14:16 03.07.2026
İlqarə Kazımovadan növbəti yenilik - VİDEO
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
13:49 03.07.2026
“Prezident İlham Əliyev xalqımızı çox böyük təhlükələrdən qorumağı bacarıb” - Elman Nəsirov
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
13:47 03.07.2026
“Heç bir barışıq olmayacaq, cəzanın artırılmasını istəyirik” - Amalın bacısı
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
13:32 03.07.2026
Quba Palace Hotel beynəlxalq qolf turnirinə ev sahibliyi edəcək
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
13:29 03.07.2026
Universitet məzunları niyə iş tapa bilmir? - İş elanlarındakı təcrübə tələbi narazılıq yaradır
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
13:17 03.07.2026
BBC-dən “instagram”la bağlı şok iddia - Uşaq istismarı…
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
12:57 03.07.2026
Rusiyada benzin böhranı dərinləşir: Novorossiyskdə yanacaq yoxdur
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
12:54 03.07.2026
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
12:47 03.07.2026
TuranBank Xəzər sahilində genişmiqyaslı təmizlik aksiyası keçirdi - FOTOLAR
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
12:42 03.07.2026
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib