Rusiya Odessada hərbi obyektlərə zərbə endirdiyini açıqladı

Rusiya Odessada hərbi obyektlərə zərbə endirdiyini açıqladı
DÜNYA
12:00 23.07.2026
277
Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlər üçün istifadə olunan Odessa limanına hücum etdiklərini açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Odessa limanına zərbələr endirib.

Bildirilib ki, hücum zamanı hərbi yüklərin daşınması və saxlanılması üçün istifadə olunan liman infrastrukturu hədəfə alınıb.

Həmçinin Odessada pilotsuz uçuş aparatları (PUA) üçün ehtiyat hissələrinin istehsal edildiyi emalatxana və PUA anbarının vurulduğu qeyd olunub.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, hücum yüksək dəqiqlikli silahlar və PUA-larla həyata keçirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR